Interposta.Info

Pensiyaçılardan hər ay pul tutulacaq? - AÇIQLAMA + VİDEO

İqtisadiyyat / Manşet
 24-01-2023, 23:01     97

Pensiyaçılara artıq ödənilən məbləğ geri alınacaq.

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.

Mövzu ilə bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova bildirib ki, dəyişikliyə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.

Onun sözlərinə görə, pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.

Qaydalara əsasən, bu məbləğ pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur.

Daha ətraflı süjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26