Interposta.Info

Prezidentdən Yevlax avtomobil yolunun tikintisi ilə bağlı sərəncam

İqtisadiyyat / Manşet
 7-05-2022, 20:29     280

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"İnterPosta" məlumatına görə, sərəncamla Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26