Interposta.Info

Səhiyyə Nazirliyi sevimli şirkətinə bu dəfə 48 min manat ödəyəcək

İqtisadiyyat / Paradoks
 19-02-2021, 11:59     433

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu gün dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, məbləği 47 min 881 manat 50 qəpik olan müqavilə "A4 Plaza” MMC ilə imzalanıb. Kotirovka sorğusu əsasında bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 2013-cü ilin oktyabrın 17-də yaradılan "A4 Plaza” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Vinqtau, ev 18A, m 11-dir, qanuni təmsilçisi isə Elşən Abbasəli oğlu Məmmədovdur.

06.05.2019 tarixindən indiyə kimi şirkətlə 81 satınalma müqaviləsi bağlanılıb ki, bunlardan da 63-nü səhiyyə müəssisələrinin keçirdiyi satınalmalar təşkil edib.

İnterPosta.info

https://hit.az/az/ekonomiks/217347/sehiyye-nazirliyi-sevimli-sirketine-bu-defe-48-min-manat-deyecek/

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26