Interposta.Info

Məcburi köçkünlərin yaşadığı bazada güclü yanğın olub-VİDEO

Ölkə
 9-03-2020, 18:59     463

Mingəçevir şəhərində köçkünlərin yaşadığı “Turbaza”adlanan yerdə güclü yanğın olub.

Yanğın hadisəsi təxminən saat 23:35 radələrində məcburi köçkünlərin məskunlaşdığı keçmiş “Turist bazası” adlanan binada baş verib.Qısa müddətdə güclü alov biri-birinə bitişik olan taxta konstruksiyalı binalara keçib.Qısa müddət ərzində olay yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi gəlib.Həyatları təhlükədə olan köçkünlər evakuasiya ediliblər.Yanğının digər köməkçi otaqlara keçməsinin qarşısı alınıb.Amma,bütün cəhdlərə baxmayaraq,nəticədə “Turist bazası”nın keçmiş yeməkxanası və elə orada yerləşən Ağdam rayon 72 saylı köçkün tam orta məktəbin sinif otaqları kimi istifadə edilən hissəsi yanaraq külə dönüb.Hadisə zamanı ərazidə yaşayan məcburi köçkünlərdən xəsarət alan olmayıb./kanal32.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26