Interposta.Info

Tanınmış azərbaycanlı fotoqrafın anası faciəvi şəkildə dünyasını dəyişdi

Ölkə
 21-01-2020, 09:34     407

Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızı yolu keçərkən onu "QAZel” markalı yük avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26