Interposta.Info

Tovuzda dağlıq ərazi yanır

Ölkə
 24-12-2019, 13:15     513

Tovuzda dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "İnterPosta.info"ya verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Tovuz rayonunun Şıxheybət kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 8 ha sahədə xəzəl yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26