Avstraliyada əsl təbii fəlakət baş verib. Qvinslənddə o qədər iri ölçülü dolu düşüb ki, evlərin və avtomobillərin pəncərə şüşələrini sındırıb.
Qaynarinfo "7News”a istinadla xəbər verir ki, Grimpie şəhərindən Brisbanın cənubuna qədər məskunlaşma yerlərində "nəhəng dolu və dağıdıcı küləklər"lə bağlı fırtına xəbərdarlığı edilib.
Telekanalın məlumatına görə, yerli sakinlər toyuq yumurtası ölçüsündə dolu daşları tapıb. 16 metr saniyə sürətiylə əsən güclü külək isə binaların damlarını uçurub.
Ölkənin bir çox televiziya kanalları iri buz toplarının sındırdığı avtomil şüşələrini, buz kürəcikləri ilə örtülmüş yolları göstərən kadrlar nümayiş etdiriblər. Avstraliyanın Qvinslənd bölgəsində baş verən fəlakət nəticəsində təxminən 20 min ev elektrik enerjisindən məhrum olub.
Xatırladaq ki, bundan əvvəl Avstraliya meşə yanğınlarıyla mübarizə aparmış, ölkənin milli parkında yüzlərlə heyvan tələf olmuşdu.
İnterPosta.info
“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb?
“EuroHome”dakı yanğın zamanı oğurluq: 3 nəfər saxlanldı
Azərbaycanın Xalq artisti vəfat etdi
“EuroHome”dakı yanğından FOTOLAR
“Namizədliyimi irəli sürməyəcəm” – ASLAN HÜSEYNOV
10 dekabr İnsan Hüquqları Günüdür
Bakıda ticarət mərkəzi yanır (VİDEO)
Azərbayan ictimaiyyəti Çingiz Mustafayevin adını daşıyan radiotezliyə görə İlham Əliyev və Mehriban Əliyevaya müraciət etdi
“Mən onsuzda xalqın elçisiyəm” – AFAQ BƏŞİQIZI
8 dekabr 2019-ci il tarixində Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib.