Interposta.Info

Tanınmış iş adamı qəfil öldü

Ölkə
 15-04-2019, 15:52     10 434

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib.

İnterPosta.info
Azpolitika.info-ya istinadən xəbər verir ki, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

R.Salmanovun “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibi olduğu bildirilirdi .

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26