Interposta.Info

İstanbul terrorunda həlak olan

Ölkə
 3-01-2017, 06:53     994

İstanbul terrorunda həlak olan
İstanbulda yeni ilgecəsi baş verən terror hücumu zamanı bir azərbaycanlı da həlak olub.

İstanbul terrorunda həlak olan Rusiya vətəndaşının adı məlum olub. Türkiyədə fəaliyyət göstərən Rusiya səfirliyi gecə klubuna edilən hücum zamanı həlak olan rusiyalının adını açıqlayıb.

Terror zamanı həlak olan Nuranə Həsənova əslən azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır. Eyni zamanda ölənlər və yaralananlar arasında başqa Rusiya vətəndaşının olmadığı bildirilir.

Valideynləri Nuranənin meyidini tanıyıblar və bu gün gecə saatlarında mərhumun nəşi Azərbaycana göndəriləcək. Nuranə Rusiya vətəndaşı olsa da, son illər Azərbaycanda yaşadığı üçün onun nəşi Azərbaycana göndəriləcək./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26