Dünya - GoldMedia.Az - Azərbaycanın xəbər saytı son xəbərlər

"Bitcoin"də böyük çöküş: Milyardlarla dollarlıq mövqelər məhv oldu
Kriptovalyuta bazarlarında satış təzyiqi artmaqda davam edir və "Bitcoin" son dövrlərin ən kəskin dəyər itkilərindən biri ilə üzləşib. Bazar iştirakçıları artan qeyri-müəyyənlik və riskdən qaçma meyllərinin qiymətlərə ciddi təzyiq göstərdiyini bildirirlər.

Valyuta.az xəbər verir ki, 2026-cı il kriptovalyuta investorlarının gözləntilərindən zəif keçərkən, "Bitcoin"də müşahidə olunan kəskin dalğalanmalar bazarlarda narahatlığı artırıb. Bir sıra analitiklər əvvəlcədən mümkün korreksiya barədə xəbərdarlıq etsələr də, son satış dalğasının gözləniləndən daha güclü olduğu qeyd edilir.

Bazar enişinin sürətlənməsində ən çox müzakirə olunan amillərdən biri dünyanın ən böyük institusional "Bitcoin" investorlarından sayılan "MicroStrategy” şirkətinin satış addımı olub. Şirkətin bu qərarından sonra investor etimadında zəifləmə müşahidə edildiyi və bazarda satışların gücləndiyi bildirilir.

Şirkətin təsisçisi Maykl Saylor uzun müddətdir "Bitcoin"ə müsbət yanaşması ilə tanınsa da, bazar iştirakçıları mümkün yeni satış qərarlarını diqqətlə izləyir.

Son həftədə "Bitcoin" 76 min dollar səviyyəsini test etsə də, bu həddi keçə bilməyib və satış təzyiqi ilə üzləşib. Daha sonra qiymət 72 min dollara qədər geriləyib və bu səviyyə də qorunmayıb.

Vadeli bazarlarda qiymətin 65 min dolların altına qədər düşdüyü bildirilir. Son 24 saat ərzində uzun və qısa mövqelərdə ümumilikdə 1,84 milyard dollarlıq likvidasiyanın baş verdiyi qeyd olunur.

Bazar iştirakçılarının diqqəti "Bitcoin"in növbəti mərhələdə hansı səviyyələrdə sabitləşəcəyinə yönəlib. Analitiklərə görə, 65 min dollar səviyyəsindən aşağı qalıcı eniş baş verərsə, 62 min dollar və daha sonra 59 min dollar əsas dəstək zonaları kimi izlənəcək.

Kriptovalyuta bazarlarında investorlar həm qlobal iqtisadi prosesləri, həm də texniki göstəriciləri yaxından izləməyə davam edirlər.\qaynarinfo.az

Goldmedia.az

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər
ABŞ ordusu İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarını ələ keçirdikdən sonra Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ ordusu iyunun 2-də Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq özünümüdafiə məqsədilə bir neçə ballistik raketi, eləcə də dronları uğurla vurub", - deyə bəyanatda bildirilib.

Komandanlıq vurğulayıb ki, İran beş raket atıb və heç biri hədəflərə dəyməyib, ABŞ ordusu da üç dronu vurub: "ABŞ ordusu həmçinin Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib".

İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-nin Qeşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki Amerika hava bazasına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Qeyd olunub ki, korpus Hörmüz boğazı yaxınlığında İran neft tankerinə endirilən zərbəyə cavab olaraq ABŞ-a bağlı gəmiyə hücum edib.

Öz növbəsində CENTCOM Küveytdəki Amerika qüvvələrinə qarşı İranın PUA hücumunu dəf etdiyini açıqayıb. "Küveytdəki ABŞ qüvvələrinə hücum etməyə çalışan İran dronlarının daha bir dalğası nəzərdə tutulan hədəflərə çata bilməyib. Mərkəzi Komandanlığın hava hücumundan müdafiə qüvvələri bir neçə dronu uğurla vurub", - deyə qurum "X" sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, Amerika hərbçilərindən heç biri xəsarət almayıb.

Goldmedia.az