Interposta.Info

Millət vəkili press relizin mətnini mənimsəyib... - FOTOLAR

Müxtəlif / Ölkə
 1-05-2020, 12:12     573

Məlum olduğu kimi dənizçilərimiz aldadılaraq Mavritaniyaya aparılıblar. Onları işlə təmin edəcəyinə söz verən şəxs və şirkətlə problemlər yaşayan dənizçilər aldadıldıqlarını bilib, problemi çözməyə çalşıblar. Zaman keçdikcə xərcləri çıxıb. Maddi ziyan yaşayıblar. Otelə borcları yaranıb. Otel isə dənizçilərə pasportlarını geri qaytarmaqdan imtina edib. Bildiriblər ki, borc ödənməsə, pasport da verilməyəcək. Azərbaycan dövlətindən kömək uman dənizçilərin ölkəyə qayıtmasına məlum virus və karantin rejimi də əlavə problem yaradıb.

Hadisədən xəbər tutan kimi Azərbaycan dövləti dərhal hərəkətə keçib. Dünən (30.04.2020) Dövlət Dəniz Agentliyinin mətbuat katibi Tural Müseyibov gündüz saatlarında "Real tv"-yə hadisə ilə bağlı rəsmi açıqlama verdi. Açıqlama saat 15:00 efirində yayımlandı. Reportajın hazırlanmasının zaman almasını nəzər alsaq, mətbuat katibinin müsahibəni daha əvvəl verdiyi bəlli olur.

Daha sonra Dövlət Dənzi Agentliyinin rəsmi email ünvanından saat 15:03 - də bütün KİV-ə rəsmi məlumat daxil oldu. Agentliyin rəsmi facebook səhifəsində, rəsmi saytında məlum hadisə ilə bağlı məlumat yayımlandı.

Amma axşam saatlarında millət vəkili Şahin Seyidzadənin dövlət qurumunun rəsmi mövqeyini özününküləşdirərək öz Facebook səhifəsində yaydığı bəlli oldu.

Saat 19:28 də Dövlət Dəniz Agentliyinin yaydığı rəsmi məlumat dəyişdirilmədən, olduğu kimi köçürülmüşdür. Yalnız bu fikirlər deputatın sözləri kimi təqdim olunmuşdu. Biz də mətbu orqan olaraq bu çaşqınlığa aydınlıq gətirmək məcburiyyətində qaldıq.

KİV olaraq gündüz saatlarında yayımladığımız rəsmi məlumat deputatın adından necə yayımlanmışdı, görəsən?
Mənbə:Mediapress.az

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26