Interposta.Info

Bu ölkədə koronavirus azyaşlılar arasında yayılır

Ölkə
 31-03-2020, 16:15     412

Avstraliyada dörd azyaşlıda koronavirus aşkar edilib.

Sondakika.com xəbər verir ki, bununla da, ölkədə ümumilikdə beş uşağın COVID-19-a yoluxması müəyyən edilib.

Avstraliyada koronavirusdan ölənlərin sayının 19 nəfərə çatdığı bildirilir.

4557 nəfərin isə bu virusa yoluxduğu qeyd olunur.

Ölkədə karantin qaydaları çərçivəsində insanların bir metr sosial məsafəni gözləmək şərti daxil olmaqla, iki nəfərdən artıq toplaşmaqları qadağan edilib.

70-dən çox yaşı olan şəxslərə gündə bir dəfə küçəyə çıxıb gəzməyə icazə verilir./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26