Interposta.Info

Bakıda "BakuBus" avtobusu yandı: Sərnişinlər təxliyə edildi (FOTOLAR)

---
 13-08-2021, 15:10     376

Bakıda sərnişin avtobusunda yanğın olub.

"Report" xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26