Interposta.Info

"Qarabağ" qalib gəlir

İdman / Ölkə
 31-07-2019, 21:46     10 537

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” İrlandiya çempionatının son qalibi "Dundalk”ı qəbul edəcək.

Bu komandalar arasında bir həftə öncə Dundalkda keçirilmiş ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb. Bu üzdən də Qurban Qurbanovun yetirmələrinə mərhələ adlamaq üçün ya qolsuz heç-heçə, ya da mütləq qələbə qazanmaq lazımdı. "Dalğa Arena” keçiriləcək qarşılaşmaya saat 21.00-da start veriləcək.

"Qarabağ” İrlandiya çempionunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə Cənubi Kiprin APOEL klubu ilə qarşılaşacaq. Ağdam klubu "Dundalk”ı keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində Slovakiya "Slovan”ı ilə mübarizə aparmalı olacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

31 iyul
21.00 Qarabağ (Azərbaycan) - Dundalk (İrlandiya) 1:0 (BİRİNCİ HİSSƏ)

Qol: Romero, 12

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 3. Brayan Qartlend, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.

Hakimlər: Sveyn Moen, Maqnus Lundberq və İsaak Başevkin, Siqurd Krinqstad (Norveç).
Hakim-inspektor: Sabri Çelik (Türkiyə).
UEFA nümayəndəsi: Adonis Prokopiou (Cənubi Kipr).
Mərdəkan. "Dalğa Arena”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26