Interposta.Info

Pia.az 10 yaşını qeyd edir

Ölkə
 10-07-2019, 17:19     10 567

Poliqon İnformasiya Agentliyi (PİA.az) 10 yaşını qeyd edir.

PİA.az saytı 2009-cu il iyunun 10-da "MilliYol” qəzetinin nəzdində fəaliyyətə başlayıb. İlk olaraq sayt "MilliYol” qəzetinin elektron versiyası olaraq nəzərdə tutulsa da, daha sonra müstəqil internet media qurumu kimi fəaliyyət göstərməyə başlayıb. Saytın ilk baş redaktoru mərhum jurnalist Şahin Ağabəyli olub. 2010-ci ilin dekabr ayından sayta Azər Qaramanlı rəhbərlik edir.

PİA.az saytı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Sayt vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Bununla yanaşı, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər.

İnterPosta.info PİA.az-ın kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26