Interposta.Info

Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb

Ölkə
 10-07-2019, 15:20     10 384

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.

Ə.Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib ki, tarixi abidələr qorunmalıdır, qədimliyi saxlanılmalıdır.

"Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu, mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır", - nazir əlavə edib.

Ə.Qarayev bu istiqamətdə media nümayəndələrini də fəal olmağa çağırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26