Interposta.Info

Nikolun hiyləsi: Müharibə ilə 7 rayonu “uduzur”, əvəzində... - Video

Siyasət
 10-09-2019, 11:59     10 354

Paşinyan Qarabağı potensial əks-inqlab mərkəzi və dayağı hesab etdiyindən, “erməni inqlabı”nın Qarabağı da əhatə etməsini qarşısına məqsəd qoyub.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram qeyd edib. O, Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən “seçkilər”in Azərbaycan üçün önəmindən bəhs edib:

"İşğalda olan Qarabağda dünən yerli munisipal (şəhər merləri) “seçkiləri” keçirilib. Azərbaycan işğal olunmuş torpaqlarda keçirilən bütün seçkiləri qanunsuz hesab edir və nəticələrini tanımır. Lakin düşmən düşərgəsində gedən proseslərin təhlili üçün bu “seçkilər” maraq kəsb edir. Paşinyan Qarabağı potensial əks-inqlab mərkəzi və dayağı hesab etdiyindən, “erməni inqlabı”nın Qarabağı da əhatə etməsini qarşısına məqsəd qoyub. Lakin Qarabağ formal olaraq, “tanınmamış suveren” sayıldığından, Ermənistanın bura rəsmi təsir rıçaqları yoxdur. Seçkilərdə erməni inqlabına loyal namizədlərin qazanacağı halda, Paşinyan 2020-ci ildə Qarabağda keçiriləcək “prezident seçkiləri”nə qeyri-formal təsir mexanizmləri və inzibati resurs əldə edəcək”.

Ekspert Paşinyanın bu seçkilərdən sonra Qarabağla bağlı nəzərdə tutduğu planlardan da bəhs edib:

“Bəzi erməni və rusiyalı ekspertlərin fikrincə, Paşinyan Qarabağı ələ almaq istəyir ki, daha sonra Azərbaycanı müharibəyə təhrik edib, erməniləri “aqressiya qurbanı” kimi dünyaya təqdim etməklə, ətraf rayonları Azərbaycana “uduzub”, Dağlıq Qarabağı Ermənistana birləşdirsin. “Seçkilər”dən əvvəl belə bir plan barədə şayiələr yayılmışdı ki, Qarabağ rejimi “seçkilər”ə təsir etsə və Qarabağ klanının namizədləri qalib gəlsə, Paşinyana bağlı qüvvələr Qarabağda sabitliyi pozacaq və bundan istifadə edən Paşinyan "təhlükəsizliyi və sabitliyi bərpa etmək" bəhanəsi ilə Qarabağa Ermənistandan özünə sadiq güc strukturları qüvvələrini daxil edəcək”.

N.Bayramın sözlərinə görə, Qarabağ klanı son “seçkilər”lə bağlı geri addım atıb:

“Hazırda qalib gələn namizədlərin “kimin adamı” olması haqda ziddiyətli söz-söhbətlər gəzdiyindən, bu suala dəqiq cavab yoxdur. Ancaq Qarabağın separatçı rejiminin “seçkilər”ə təsir etmək üçün inzibati resursdan açıq istifadə etməməsi və Ermənistanın Soros Fonduna bağlı emissarlarının seçkilərdə fəal müşahidə missiyası ilə “seçki prosesi”ndə ciddi pozuntular “aşkar etməməsi” Paşinyanla qarşıdurmanın bu mərhələsində Qarabağ klanının geri addım atmasına işarə edir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26