Interposta.Info

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər

Siyasət
 11-07-2019, 22:59     10 402

Avropa İttifaqı (Aİ) Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat fəaliyyətinə görə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər ehtimalını araşdırır.

"Report” xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək görüşündə müzakirə olunacaq Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir.

Sənəddə 2020-ci ildə Türkiyəyə yardımı azaltmaq, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər də nəzərdə tutulur. Həmçinin kəşfiyyat işləri dayandırılmasa, Aİ-nin Türkiyəyə qarşı daha sərt addımlar atmağa hazır olduğu bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26