Interposta.Info

Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamı haqqında: "Bu addımı gözləyirdik"

Siyasət / Manşet
 18-03-2019, 11:47     10 434

Avropa İttifaqı (Aİ) Azərbaycanda 400-dən çox məhbusun əfv edilməsini alqışlayır.

İnterPosta.info
-nun məlumatına görə, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Aİ Azərbaycandan gələcəkdə bu cür addımları gözləyir.

Aİ bildirir ki, əməkdaşlığın vacib elementi olan insan haqqları sahəsi də daxil olmaqla, əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanla qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib.

Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26