Interposta.Info

Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə

Ölkə
 18-08-2019, 10:03     10 330

Qətər hökuməti qara asfalt örtüyünün əks etdirdiyi yüksək temperaturun qarşısını almaq üçün qeyri-adi sınağa əl atıb.

Hökumət yapon şirkəti ilə əməkdaşlıq edərək Doha küçələrinin asfaltını mavi rəngə boyamağa başlayıb.

Əgər bu eksperiment baş tutsa, asfaltın temperaturunun 15-20 dərəcə aşağı düşəcəyi gözlənilir.

"Qara asfltın temperaturu faktiki göstəricidən 20 dərəcə artıqdır. Çünki qara rəng işıq şüalarını udur", - deyə layihənin mühəndisi Səad əl-Doseri qeyd edib.

Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb. Bu ərazidə heç bir yaşıllıq yoxdur, temperatur isə adətən 50 dərəcədən yüksək olur./axar.az

İnterPosta.info

Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26