Interposta.Info

Milyarder xəstəliyi ilə birlikdə 3 uşağının bioloji atası olmadığını öyrəndi

Ölkə
 19-01-2019, 14:06     10 457

MoneySupermarket.com saytının təsisçilərindən biri olan 54 yaşlı Riçard Mason 2 il öncə kistik fibroz xəstəliyi səbəbindən xəstəxanaya gedib və 3 uşağının bioloji atası olmadığını öyrənib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanada ona bu xəstəliyin onda uşaqlıqdan sonsuzluğa səbəb olduğunu bildiriblər. Bundan sonra milyarder boşandığı həyat yoldaşı Keytdən uşaqların kimdən olduğunu soruşub, lakin müsbət cavab ala bilməyib.

DNT testləri nəticəsində Riçardın uşaqlarının bioloji atası olmadığı sübuta yetirilib.

Bu səbəbdən milyarder keçmiş həyat yoldaşını fırıldaqçılıqda ittiham edərək, məhkəməyə verib və 320 min funt-sterlinq (təxminən 703 min manat) təzminat alıb.

Arvadı isə boşananda ondan 5 milyon funt-sterlinq (təxminən 11 milyon manat) alıb.

Lakin məhkəmə Keytə uşaqların gerçək atalarının kimliyini gizli saxlamağa icazə verib.

Milyarder isə uşaqlarının bioloji atalarının kim olduğunu öyrəndikdən sonra bu məlumata sahib olacağına ümid etdiyini deyib. O, uşaqların bioloji atalarının yaxın dostların biri ola biləcəyini düşünür. Riçard bu barədə ona məlumat verəcək şəxsə 6400 dollar mükafat verəcəyini açıqlayıb.

Bu hadisədən sonra uşaqlarından ikisi onunla münasibətlərini kəsib, biri isə hələ də əlaqə saxlayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26