Interposta.Info

Berlin süni intellekt yaradılmasına 3 milyard avro sərmayə qoyur

Ölkə
 15-11-2018, 17:54     10 435

Almaniya hökuməti 2025-ci ilə qədər süni intellektin inkişafı ilə bağlı elmi araşdırmalara və texnologiyalara 3 milyard avro əlavə sərmayə qoymaq niyyətindədir.

AFR hökumətinin Potsdamda keçirilmiş, rəqəmsal texnologiyalara həsr edilmiş ikigünlük iclasında çıxış edən iqtisadiyyat naziri Piter Altmayer deyib: “Süni intellektə gəlincə, Almaniya elmi və praktik sferalarda aparıcı ölkələrdən biri olmalıdır”. Onun sözlərinə görə, AFR hökuməti bunu əsas götürür ki, bu tipli araşdırmalara və texnologiyalara şəxsi investorlar da eyni məbləğdə vəsait xərcləyəcəklər. Beləliklə, 2025-ci ilə qədər süni intellektə investisiyaların ümumi həcmi 6 milyard avro olacaq.

Altmayer deyib: “Biz çalışırıq ki, Almaniyada ixracat yönümlü orta müəssisələr və şirkətlər rəqəmsal texnologiyaları daha çox tətbiq etsinlər, çünki bu texnologiyalar sayəsində ÜDM-i daha 1,3 faiz artırmaq mümkündür”.

Onun sözlərinə görə, bu artım, buxar maşını ixtira edilən vaxtdan bütün böyük innovasiyaların məcmu səmərəsindən çoxdur./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26