Interposta.Info

Qafqazda olmayan ölkə: tarixi faktlar niyə gizlədilir? (VİDEO)

Ölkə
 11-11-2018, 21:58     10 372

1902-ci ildə rus çarı II Nikolay erməni kilsələrindəki əmlakların müsadirə edilməsi və faəliyyətinə qadağa qoyulması, erməni məktəblərinin bağlanması barədə göstəriş vermişdi.

"İnterPosta" Qaynarinfo-a istinadən xəbər verir ki, Çar II Nikolayın babası I Nikolayın siyasətinin əksinə hərəkət etməsinin səbəbləri var idi.

Belə ki, birinci rus inqilabı ərəfəsində Qafqazdakı bir çox erməni kilsələrində silah-surat anbarları, qeyri-leqal mətbəələr aşkar edilmişdi. Çar o zaman başa düşdü ki, Qafqazdakı təhlükə Qərbdən idarə olunur və "Daşnaksütyun” tərəfindən həyata keçirilir.

Erməni terrorçuların cinayətləri barədə bir çox faktlar ortadadır. Veliçko, Kapçirev, kilsə tarixi barədə yazan Aninski, eləcə də "Moskovskie Vedomosti” qəzetinin redaktoru, professor Budiloviç və başqaları bu barədə yazıblar. Lakin indi bu müəlliflərdən az sitat gətirilir.

1912-ci ildəki məhkəmə işinə diqqət yetirək. Sankt-Peterburqda Daşnaksütyun partiyasının "Daşnaksutyunun işi” adlanan cinayət işinin izdihamlı məhkəməsi keçirilir. Məhkəmədə 159 təqsirləndirilən şəxs, 850 şahid var. Bu rəqəm erməni millətçilərinin 20-ci əsrin ilk on ilində Rusiyada törətdiyi qanlı terrorlar barədə kifayət qədər təsəvvür yaradır.

Erməni terrorçularının təhlükəsini hələ 19-cu əsrin sonlarında başa düşmüş III Aleksandr da sərt qərarlar vermişdi. Belə ki, 80-ci illərin sonlarında bütün ermənilər yüksək dövlət vəzifələrindən azad edilmişdi. 1885-ci ildə 160 erməni kilsə və məktəbi bağlanmışdı. 1889-cu ilin martında çar məktəblərinin dərsliklərindən eməni tarixi və coğrafiyasının çıxarılması haqda fərman verilmişdi. Bu sərt addımlar Rusiyanın bütövlüyünü pozmağa çalışan daşnaklara adekvat cavab hesab edilirdi.

Lakin, bu qədər tarixi faktlar ortada olmasına baxmayaraq hazırda Rusiyada bunlar dilə gətirilmir, istinad edilmir.

İnterPosta.info mövzu barədə daha ətraflı videonu təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26