Interposta.Info

Ağdam rayon icra başçısı sakinləri dövlətdən narazı salır. – “Rayonda özbaşınalıq höküm sürür”+VİDEO

Ölkə / Manşet / Paradoks
 15-02-2019, 20:38     11 389

Ağdam rayon icra başçısı Həsənov Vaqif sakinlərin sosial problemləri ilə niyə məşğul olmur?

Ağdam rayon “Əfətli” kənd sakinləri təkrar olaraq İnterPosta.info-ya müraciət ediblər.

Novruz Quliyev bildirir ki, sərhədlə təmas xəttində yerləşən əhalinin həyat şəraitinin yaxşılaşdırması məqsədi ilə Prezident İlham Əliyev imzaladığı sərəncamdan yararlanmadığını görüb mətbuata müraciət etdiyi üçün rayon rəhbərliyi, bələdiyyə, kənd icra nümayəndəliyi tərəfindən hədə qorxuya məruz qalıb.
"Əfətli" kənd sakini digər şikayətçi Məmmədov Qazax Müzəffər oğluda bildirir ki, Ağdam rayon icira hakimyyəti, bələdiyyə işçiləri tərəfindən 2000, 4000 min manata, bu sərəncam satılır. İddiaçılar bildirir ki, yarım tikilinin təmir etmək üçün 2000 min manat, bünövrədən tikilən tikili üçün 4000 min manat rüşvət vermək lazımdır.
Şikayətçilər onu da bildirir ki, “Əfətli” kənd bələdyyəsinin sədri Cəfərov Cavad Cəlil oğlu kənd əhalisinin ermənidən müdafiə olunması üçün çəkilmiş (qazılmış) səngər traktorlarla doldurularaq əkin sahəsinə çevirib və fermerlərə satıb.
Məmmədov Qazax onuda bildirir ki, kəndin digər bir ərazisində əhalinin içməli su təminatını ödəmək məqsədi ilə inşa edilən su artezyanı bələdiyyə sədri Cəfərov Cavad Cəlil oğlu tərəfindən əhalinin istifadəsindən alınaraq fermerə satılıb.
Şikayətçilərin etdiyi iddialarla bağlı Ağdam rayon Əfətli kənd bəldiyyə sədri C.Cəfərovla əlaqə saxladıq və onun haqqında səslənən iddialara açıqlama verməsini istədik: C.Cəfərov açıqlama verməkdən imtina etdi.

Daha ətraflı İnterPosta.info-nun təqdim etdiyi VİDEO xronikada:



Ağdam rayon icra başçısı sakinləri dövlətdən narazı salır. – “Rayonda özbaşınalıq höküm sürür”+VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26