Interposta.Info

Azərbaycan qadınlarının hüquqları - FOTO

Ölkə
 11-02-2019, 12:44     10 329

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə, 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə" maarifləndirmə kompaniyası adlı layihənin növbəti təlimi Masallı Rayon Gənclər Mərkəzində baş tutmuşdur.
Layihə rəhbəri Gülnar Paşalı iştirakçılara layihənin əsas məqsədi barədə geniş məlumat verib. G. Paşalı bildirib ki, Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək, gender bərabərliyini inkişaf etdirmək və məişət zorakılığı hallarının aradan qaldırılması istiqamətində hər zaman zəruri addımların atılması, maarifləndirici tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bu mövzu haqda məlumatların gənclərimizə çatdırılmasının daha vacib olduğunu bildirən layihə rəhbəri, tədbirlərin davamlı olaraq həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Daha sonra hüquq üzrə ekspert, təlimçi Rəşad Nəbiyev mövzu ətrafında geniş təlim proqramı ilə çıxış etmişdir. İştirakçılarla diskussiya şəraitində keçirilən görüşdə böyük aktivlik müşahidə edilmişdir.

İnterPosta.info

Azərbaycan qadınlarının hüquqları - FOTOAzərbaycan qadınlarının hüquqları - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26