Interposta.Info

Gömrük reallığı: Əbülfəz Məlikov hələ də monopolistdir -

Ölkə / Manşet
 19-01-2019, 12:45     10 678

"Trans Broker” MMC-nin rəhbəri olmuş, amma hələ də bir sıra məhsulların idxalınını monopoliyasında saxlayan qeyri-rəsmi milyarder Əbülfəz Məlikova cinayət işi açıla bilər.
İnterPosta.info
-nın məlumatına görə, bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub. Qeyd edək ki, zaman-zaman Əbülfəz Məlikov yerli KİV-də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun "sağ əli" kimi təqdim olunub. Amma sonradan hazırki gömrük rəhbəri Səfər Mehdiyevin çətiri altına keçib.

Mənbənin söylədikləri: "Əbülfəz Məlikob bu günə qədər gömrük sisteminin əsas qara yaralarından biri olub. İş elə gətirib ki, onun qara işləri bütünlükdə olaraq Dövlət Gömrük Komitəsinin adına MƏNFİLİK gətirib. Onun ayağında böyük maliyyə maxinasiyaları, dövlətdən gizlədilən milyonlar var. İndi bunun hesabatı verilməlidir. Yəqin ki, bu günlərdə Əbülfəz Məlikovun qapısı döyüləcək. Buna hər kəs şahid olacaq.".

Məlikov mediaya qapalı şəxs olduğundan indiyə qədər heç bir media nümayəndəsi onunla əlaqə saxlaya bilməyib. Buna baxmayaraq dia.az olaraq onu dinləməyə hazır olduğumuzu bəyan edirik. Mövzunu diqqətdə saxlayacağıq.

QEYD: Bu günlərdə mediaya açıqlama verən Səfər Mehdiyev gömrükdə inhisarçılığı sübuta yetirən bir fakta görə istefa verəcəyini bəyan etmişdi. Biz həmin faktı göstəririk, cənab Mehdiyev, buyurun: BU ADAMIN ADI ƏBÜLFƏZ MƏLİKOVDUR!

Demirik ki, istefa verin, ən azından sizi çətin duruma salacaq faktlara qarşı tədbirli olun...

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26