Interposta.Info

Asif Əsgərov meşəlikləri tikinti şirkətlərinə qurban edir - "ÖZÜDƏ YAŞIL PORTRET BAĞIŞLAYIR"

Ölkə / Manşet
 2-01-2019, 18:35     10 556

Tanınmış təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə xüsusi status paylaşıb.

Həmin qeydləri təqdim edirik:
**
İndicə oxudum ki, Asif Əsgərov Bakının Nəsimi rayonuna icra başçısı təyin olunandan yaşıllıqların qırılması kütləviləşib və intensivləşib. İcra başçısı şəhərin mərkəzi rayonunda meşəlikləri tikinti şirkətlərinə qurban edir. Təfəkkürə baxın: ağacları kəsir,həm də kiməsə peyzaj bağışlayır.

Asif Əsgərov meşəlikləri tikinti şirkətlərinə qurban edir - "ÖZÜDƏ YAŞIL PORTRET BAĞIŞLAYIR"

Görün qaradəri qadın nə edir?


2004-cü ilin Sülh üzrə Nobel mükafatı keniyalı ictimai xadim xanım Vanqari Maataiyə verildi. Otuz il öncə bu qaradərili xanım su və torpağın qorunması, Keniyanın dayanıqlı iqtisadiyyatının inkişafı və qadın hüquqlarının qorunması proqramını həyata keçirməyə başladı. Proqram «Yaşıl kəmər» ictimai hərəkatının yaranmasına qədər genişləndi. Nəticədə keniyalı qadınlar 30 milyondan çox ağac əkdilər. Bu hərəkat öz növbəsində «Panafrikan yaşıl şəbəkə» adı ilə bütün Afrikanı bürüməyə başladı. Hazırda hərəkatın üzvləri qarşılarına məqsəd qoyublar ki, yaxın on ildə bir milyard ağac əksinlər.

P.S. Bizim İcra başçıları keniyalı qadınlardan çox ağac kəsiblər./musavat.com
Asif Əsgərov meşəlikləri tikinti şirkətlərinə qurban edir - "ÖZÜDƏ YAŞIL PORTRET BAĞIŞLAYIR"

Təhsil eksperti Etibar Əliyev


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26