Interposta.Info

Bu şəxslərin üzərinə kamera quraşdırılacaq - Diqqət

Ölkə
 6-12-2018, 19:40     399

Son olaylarda sürücülər tərəfindən BNA əməkdaşlarına qarşı kəsici-deşici alətlərdən istifadə olunub. Dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarımıza qarşı kobud rəftarın vaxtında daha operativ araşdırılması və belə hallara yol verən şəxsin vaxtında müəyyən edilməsi ilə bağlı ərazidə xidmət aparan əməkdaşların üzərinə audio-video qeydiyyat aparmaq imkanına malik cihazların quraşdırılmasını planlaşdırırıq.

İnterPosta.info
xəbər verir ki, bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev agentliyin əməkdaşlarına qarşı sürücülər tərəfindən hücum edilməsi hallarının qarşısının alınması tədbirləri barədə danışarkən deyib.

M.Ağayev bildirib ki, gələcəkdə bu iş kameralar vasitəsilə həyata keçiriləcək:

“Bu, həm də sürücülərlə yaranan digər mübahisələrin obyektiv araşdırılması baxımından əhəmiyyətlidir. Lakin ümumilikdə bizim məqsədlərimizdən biri inzibati tənbeh tədbirlərinin görülməsinin kameralar vasitəsilə həyata keçirilməsinə nail olmaqdır. Gələcəkdə bu iş daha çox məhz kameralar vasitəsilə həyata keçiriləcək. Bunun üçün qanunvericilikdə müəyyən dəyişiklik olmalıdır. Bu səbəbdən müvafiq işlər görülür”.

Qeyd edək ki, son vaxtlar Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26