Interposta.Info

Badamdardakı sürüşməni dayandırmaq üçün landşaftşünasdan

Ölkə / Manşet
 29-10-2018, 15:24     10 617

“Badamdar yamacında sürüşmələrin davam etməsi labüddür”
Badamdardakı sürüşmə zonasında gərgin vəziyyət davam edir. Eyni zamanda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur.Sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb.
Məsələylə bağlı lanşaftşünas Şəbnəm Karslı "İnterPosta.info"ya açıqlama verib:

“Badamdar yamacında sürüşmələrin davam etməsi labüddür, çünki orada köçürülmə xaricində başqa heç bir proses vəya qabaqlayıcı tədbirlər həyata keçirilməyib. Ərazi yamac boyu möhkəmləndirilməlidir . Bunun fərqli yolları var, tikililəri qoruyub saxlamaq üçün istinad divarları tikilməlidir. Daha sonra isə, əraziyə müvafiq qaydada kanalizasiya xətləri çəkilib, həm yaşayış binalarının axımı, həm də yeraltı suların istiqaməti bu kanalizasiyaya istiqamətləndirilməlidir. Bütün bu tədbirlər görülmədən proses dayanmayacaq və əhalinin təkrar geri qaytarılması mümkün olmayacaq. Yenidən özbaşına tikililər davam edər vəya əhali evlərinə qaytarılsa bu zaman nəticəsi daha ağır ola biləcək fəsadlara yol açmış olar. Üst səthdəki süxurların hərəkəti, istinad divarlarının olmaması və yükün daşıya biləcəyindən daha ağır olmasıdır. Ərazidə tikililər daha dərin bünövrəli olmalı və sərt suxurlara pərdələmə sistemi edilməli idi. Üst səthdəki süxurlara həddindən artıq yükləmə, sürüşmələrə səbəb olmuşdur. Ərazidə mütəxəssislər yenidən işləməli və son vəziyyətə ən uyğun şəkildə insanların mülkiyyət hüquqlarının qorunması üçün tikililəri möhkəmləndirərək yenidən işlənməlidir”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26