Interposta.Info

Sürücülük vəsiqəsini açıq satışa çıxaran şöbədə rüşvət tüğyan edir - VİDEO

Ölkə / Manşet
 26-10-2018, 00:20     10 655

Bu günədək əksər mətbu orqanlarda Baş Dövlət Yol Polisinin tabeçiliyində olan qurumların qüsurlu iş fəaliyyətləri ilə bağlı silsilə tənqidi açıqlamalar dərc olunub və rəhbərlikdə duran vəzifə sahibləri baş verənlərlə bağlı lazımınca məlumatlandırılsalar da, təəssüflər olsun ki, bu sahədə baş verən özbaşınalıqların yenə də nə həddi, nə də ki, hüdudu bilinir.

Belə bir səbəblər üzündəndir ki, hal-hazırda yol polisi sahəsinə aid formalaşan ictimai fikirdə xüsusi qəzəb, əsaslı narazılıq hissi formalaşıb. Buna da bir çox subyektiv və obyektiv amillər səbəb olmaqdadır. Təqribən 15-20 gün bundan öncə redaksiya əməkdaşlarımızdan birinin Bakı şəhəri, Qaradağ rayonu "Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində üz-üzə qaldığı olaylar, bir daha söylənilənləri təsdiq etməyə imkan verir. bakunews.az xəbər verir ki, məsələn, bir neçə gün bundan əvvəl həmin əməkdaş xəbər portalımızın redaksiyasına, adı çəkilən Qeydiyyat-imtahan şöbəsində qol qoyulan çoxsaylı qanunsuzluqlarla bağlı məlumatları və həyata keçirilmiş çəklişi təqdim edib. Həmin şəxs qeyd edir ki, "Şəxsi vəsaitimlə xaricdən alıb ölkəmizə gətirdiyim avtomobilimlə Qeydiyyat-imtahan şöbəsinin həyətinə daxil olarkən, dərhal qarşımızı kəsdilər və heç bir əsas olmadan bizdən 50 manat pul tələb etdilər. Səbəbini soruşduqda "Rəisin tapşırığıdır, bu yerdə qayda–qanun belədir, vəssəlam!” deməklə, bizdən tələb etdikləri 50 manat pulu aldılar. Elə ki, beş-on addım irəli getdik, o halda başqa şəxslər qarşımızı kəsib "İstəyirsinizsə 400 manat pul verin avtomobiinizi birbaşa adınıza sənədləşdirək” deyib öz təkliflərini bildirdilər. Düzdür, biz onların belə bir təklifini qəbul etmədik və gətirdiyimiz avtomobilə "Tranzit nömrə” almaq qərarına gəldik. Ümimi sənədləşmə işlərinin gedişi zamanı bizi elə bir vəziyyətə saldılar ki, nəinki istənilən məbləği verməli olduq, hətta olmazın getgələ də salındıq. Bütün bunların qarşılığına bizə heç bir ödəniş qəbzi verilmədi.

Sürücülük vəsiqəsini açıq satışa çıxaran şöbədə rüşvət tüğyan edir - VİDEO


Bütün bunlardan əlavə, təqdim olunan çəkilişin ümumi mahiyyətinə diqqət yetirməklə onu da müəyyən etmək olur ki, istənilən şəxs xarici ölkələrdən gətirdiyi nəqliyyat vasitəsini adına sənədləşdirərkən, həmin şəxsi Qeydiyyat-imtahan şöbəsində məqsədli şəkildə əlavə xərcə və getgələ salırlar. Hətta, həmin şəxsdən lazımsız sənəd də tələb edirlər. Sənədləşmə işləri başa çatdıqdan sonra, avtomobil sahibi rəhbərliyin adına ərizə yazmalı və onu xanım əməkdaşa təqdim etməlidir. Buna görə də, avtomobil sahibinə ərizə (nümunə) forması təqdim olunmalı olduğu halda, qarşı tərəf heç bir halda belə bir addımını atmır. Sadəcə olaraq xanım əməkdaş ərizə formasına bir neçə söz yazmaqla hər kəsdən 10 (on) AZN alır və buna görə də, bir kimsəyə qəbz verilmir. Belə bir addımların atılması onu sübut edir ki, bütün bunlar həm ciddi qanun pozuntusudur, həm də rüşvətxorluğun tüğyan etməsinə səbəb olan amillərdir. Düşündürücü haldır ki, ölkə rəhbəri cənab İlham Əliyev ildən-ilə rüşvətxorluğun hər cür təzahürlərinə qarşı mübarizə tədbirlərini gücləndirsə də, bu gün BDYPİ-nin "Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində cənab Prezidentin iradəsinə zidd addımlar atılmaqdadır. Ümumiyyətlə, belə bir halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. O halda sual oluna bilər ki, nə üçün adicə adı çəkilən şöbədə hər kəsdən bir ərizə formasına görə 10 manat pul tələb olunur? O halda ortaya növbəti bir sual da çıxır, görəsən toplanan pullar hansı büdcəyə daxil olur? Yaxud da, daxil olurmu? Bax budur hər kəsi düşündürən hal, götür-qoy edilən məqam!



P.S. Bir redaksiya olaraq bir neçə gün bundan əvvəl adı çəkilən qurumda yaşananlarla bağlı Qeydiyyat-imtahan şöbəsinin rəhbərliyinə məktubla müraciət etdik ki, sadalanan problemlərin varlığına qarşı tərəfdən münasibət öyrənə bilək. Təəssüflər olsun ki, qarşı tərəf qeyd olunan faktlara münasibət bildirmək əvəzinə, susmağa üstünlük verdi. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən şöbədə baş verən qanunsuzluqlarla bağlı əmələ gələn kütləvi narazılıq hissi, heç bir halda rəhbərliyi narahat etmir. Deməli, ... Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

P.S.S. Həmçinin qeyd edək ki, bəzi maraqlı tərəf kimi çıxış edən media nümayəndələri məsələ ilə bağlı qəbul edilməz təqziblər dərc etmiş amma buna baxmayaraq cəmiyyət tərəfindən həmin açıqlamalar qəbul edilməmişdir. Rüşvətin tüğyan etdiyi Qeydiyyat-imtahan şöbəsində təxirə salınmaz tədbirlərin görülməsi gözlənilsədə...

Bu yöndə araşdırmamızı davam etdirəcəyik./bakunews.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26