Interposta.Info

Türkiyənin tanınmış cərrahı Azərbaycan vətəndaşını yalnış əməliyyat etdi - İDDİA

Paradoks
 17-03-2019, 11:31     10 482

Azərbaycan vətəndaşı Türkiyənin tanınmış cərrahından məhkməyə şikayət edib.

Şikayətçi xanım "İnterPosta.info"-ya bunları danışıb:


Lalə Hüseynova (şərti ad) Türkiyə Ədalət Məhkəməsinə müraciət edərək bildirib ki, 2017-ci ildə “Onep” klinikasında türkiyəli tanınçmış plastik-estetik cərrah Onur Erol onun burnunu əməliyyat edib. Əməliyyatın müqabilində 9800 dollar ödəyib. Lakin sonradan Lalə Hüseynvanın burnu əyilib, şişliklər və digər fəsadlar əmələ gəlib.
“2017-ci il oktaybrın 3-də professor dr Onur Erol tərəfindən, Onep klinikasında estetik burun cərrahi əməliyyatı etdirmişəm. İki həftə Türkiyənin İstanbul şəhərində qaldım. Ayın 17-si Bakıya geri döndüm. 2018-ci ilin mart ayında həkim müayinəyə çağırdı. Buna baxmayaraq, burnumda əyrliklər çox qalmışdı. Həmçinin, hər iki aydan biri burnumun şəkillərini çəkib göndərirdim. Mart ayında burnumda olan şişliklərə görə iynə vuruldu. Yenidən Bakıya geri döndüm. 2018-ci ilin iyul ayında yenidən müayinəyə gəldim. Və yenidən burnumda əmələ gələn şişliklərə görə iynə vuruldu. Amma şişliklər getmirdi. Mən, bunu hər dəfə həkimə bildirəndə, “şişliklər gedəndə əyriliklərin gedəcəyini” deyirdi. Düzəlmədikdə isə, yenidən əməliyyat olunacağımı və burnumu korreksiya edəcəklərini deyirdilər. Avqustda əməliyyat olunmağımı istəsəmdə, tez olduğunu bildirdilər. Sentyabrın 4-də yenidən əməliyyat edəcəklərini bildirdilər. 550 dollar və 2000 tl yenidən istənildi. Halbuki birinci əməliyyatda 9800 dollar ödəmişdik. İkinci əməliyyatda 550 dolları ödəyə bilməyəcəyimi bildirdim. Onlar isə, pulu ödəməsəz əməliyyat olunmayacağımı bildirdilər. Sentyabrın 4-ü səhər tezdəndən ac-susuz əməliyyata gəlməyimi deyildi. Axşam saat 17.00-da pulu ödəyəndən sonra əməliyyat olunacağımı dedilər. Mən isə, əvvəlcə professorla danışandan sonra, əməliyyata girmək istədiyimi dedim. Onlar isə, həkimin əməliyyatda olduğunu, saat 19.00-da çıxacağını bildirdilər. Saat 19.00-a kimi gözləsəmdə, sonra həkimin getdiyini dedilər. 3-cü gün yenidən gəldik. Həkimlə görüşsək də, o, 550 dollar və 2000 tl ödəməli olduğumu bildirdi. Və bu səbəbdən əməliyyatım yarımçıq qaldı. Mənə vurulan zərərə görə Onep klinikasından və professor dt Onur Eroldan şikayətçiyəm. Mənə vurulan zərərin tezliklə ödənilməsini tələb edirəm. İki dövlət, bir millət deyirlər. Həyatım alt-üst olub”.

İnterPosta.info

Türkiyənin tanınmış cərrahı Azərbaycan vətəndaşını yalnış əməliyyat etdi - İDDİATürkiyənin tanınmış cərrahı Azərbaycan vətəndaşını yalnış əməliyyat etdi - İDDİATürkiyənin tanınmış cərrahı Azərbaycan vətəndaşını yalnış əməliyyat etdi - İDDİA

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26