Interposta.Info

Alışanovun İTV-dəki “şər qrupu” büdcə vəsaitləri hesabına milyonluq mülklərə sahiblənib

Paradoks
 18-01-2019, 09:29     10 720

Prezident sərəncamı ilə işdən azad edilən Az.Tv-nın maliyyəci sədrinin ətrafı təlaş icindədir.Cünki ıllərlə topladıqları sərvətləri əllərindən alına bilər. Ən cox narahatlıq kecirən Arif Alışanovun sağ əli sayilan,vaxtiyla AZ.Tv də qaynaqcı işləyən, sonralar İctimai Televiziyanın baş direktorun texnika üzrə müavini vəzifəsinə təyin olunan və qeyri rəsmi olaraq İTV-nin baş direktoru olan Nazim Mürsəlovdur (İTV son 5 ildə Alışanovun idarəetməsində olub).
İnterPosta.info-nun məlumatına görə, bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub.


Mənbənin məlumatına görə, əslində İTV –nin kecmiş baş direktoru Cəmil Quliyevə işləməyə imkan verməyən,verilən tapşırıqları yerinə yetirməyən və ya özünə sərf edən formada icra edən, idarəetmənin nə olduğun anlamayan bu şəxs İTV-də öz səviyyəsinə uyğun olan bir şər qrupu formalaşdirmışdı: Onun formalaşdırdığı qrup orada calışan istənilən peşəkar əməkdaşı şərləyib,lazım gələndə üzünə duraraq onun haqqında mənfi rəy yaradırdılar. Sonra isə Nazim Mürsəlov öz mafiya babası saydığı Arif Alışanova bu barədə məlumat verərək öz istəyini həyata kecirirmış. Hətta bu qrupun üzvləri Baş direktor Cəmil Quliyev haqqında da müxtəlif şayıyələr yayaraq onu gözdən salırmışlar. Cünki bu tapşırığı onlara birbaşa Baş direktor vəzifəsinə iddialı olan,t əkəbbürü yerə göyə sığmayan Nazim Mürsəlov verirmiş.

Alışanovun İTV-dəki “şər qrupu” büdcə vəsaitləri hesabına milyonluq mülklərə sahiblənib

Mənbə iddia edir ki, bu təqiblərə və əsəb müharibəsinə dözməyən Cəmil Quliyev istefa verməyə məcbur olub: “Nazim Mürsəlov kecmiş direktor İsmayıl Ömərovun dövründən İTV də qurulan şəffaf və cevik idarəetməni məhv edərək öz istəyinə uyğun bir bərbad sistem yaradmış.Televiziyanı sanki bir redaksiya səviyyəsinə salıbmış.Avtomobillərə ayrılan yanacağı belə sataraq əməkdaşları ictimai nəqliyyatdan istifadə etməklə cəkilişlərə getmələrini tələb edirmiş.Amma saxladığı uc katibəsinə xidməti avtomobillər ayırıbmış.Nazim Mürsəlov özünü o qədər güclü və toxunulmaz hiss edib ki,hətta İTV –nin 4 fəhləsini Badamdar qəsəbəsində kecmiş MTN-naziri Eldar Mahmudovla qonşuluqda aldığı bir hektar ərazidə tikdirdiyi 3 dəbdəbəli villasında 3 il ərzində şirkətdən aldıqları əmək haqqı hesabına işlədib.

Mənbənin məlumatına görə, İTV də işlədiyi 5 il ərzində maliyyə bossuna cevrilən Mürsəlov Badamdarda 3, Quba və Qusarda 2 villa, qış parkında oğluna restoran və şəhərin digər ərazilərində 3 müxtəlif obyektlər və bahalı avtomabillər alıb: Nazım Mürsəlov İTV-i yaxşı “taladığına ”görə yeni rəhbərlik gələndən sonra Az.TV-yə Texnika İstehsalat Birliyinə rəis müavini vəzifəsinə transfer olunub. Əlbəttə ki, mafiya babası Arif Alışanov vasitəsiylə. Gedəndə özuylə ən yaxın silahdaşı və İTV dəki qeyri rəsmi kassiri, sıravi əməkdaşdan Gənclər, Elm və Təhsil departamentinə direktor “yüksələn”, şirkətdəki şər qrupuna rəhbərlik edən Zaur Mahmudovu da özüylə aparıb”.

Mənbə deyir ki, Nazim Mürsəlov İTV dən gedəndən sonra da orada qalan yaxınları ilə əlaqəni kəsməyib: “Rejissor Aqşin Nəzərov,aparıcı Orxan Cabbarlı və Çimnaz Ağakişiyeva adlı əməkdaşlar həftə sonu onunla görüşərək İTV də gedən proseslər barədə məlumatlar və əməkdaşların səs yazılarını Arif Alışanova təqdim edirmiş. Əməkdaşların səs yazısını Aqşın Nəzərov özündə olan xüsusi cihazlarla yazırmış. Bu 3 əməkdaş hətta kecmiş baş direktor Cəmil Quliyevi öz xidməti otağında təhqir etməkdən belə cəkinməyiblər. “Yuxarı dairələrdə adamlarımız var, bizə hec kim, hecnə edə bilməz” deyib bağırırmışlar…

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26