Interposta.Info

"AG Bank"hesabatını gizlədir

Paradoks
 7-11-2018, 14:46     10 567

"AG Bank" ın cəmi kapitalı 11 milyon 787 min manat azalıb. Bundan başqa bankın məcmu kapitalı da 4 milyon 192 min manat azalıb.

"İnterPosta" "Kommersant.az-a istinadən xəbər verir ki, "AG Bank"ın cəmi kapitalı hər il azalır. Belə ki, bank, 2016 -cı ilin sonunda 53 milyon 804 min manat cəmi kapitala sahib olub. 2017 -ci ilin sonunda isə bu rəqəm 6 milyon 630 min manat azalaraq 47 milyon 174 min manata, cari ilin 3-cü rübünə olan hesabatında isə 5 milyon 157 min manat (ümumilikdə 11 milyon 787 min manat) azalıb.

"AG Bank"hesabatını gizlədir

"AG Bank"ın bu ilin 3-cü rübünə olan hesabatına əsasən bankın məcmu kapitalı 40 milyon 846 min manat olub. Bu isə 2017 -ci ilin sonuna görə 4 milyon 192 min manat azdır. 2016 -cı ilin sonuna olan hesabatında isə bank məcmu kapitalını gizlədib.

Bununla bağlı banka müraciət etsək də bank rəsmisi Fatimə Ağalarova suallarımızı cavablandırmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26