Interposta.Info

Ədliyyə ekspertinin pula hərisliyi nəticəsində vətəndaş qanuni evindən oldu – PREZİDENTƏ MÜRACİƏT

Müxtəlif / Manşet
 8-11-2019, 16:40     10 737

Xətai rayonu, Gəncə prospekti, 29/35, ev 68-də yaşayan Ramin Əsədzadə 2012-ci ilin dekabrında qanuni qaydada ev alıb. Lakin, tanımadığı şəxs iddia qaldıraraq, evin ona məxsus olduğunu bildirir. Rami Əsədzadə məsələnin düzgün və obyektiv araşdırılması üçün ölkə başçısına "İnterPosta.info" üzərindən müraciət ünvanlayıb:

Hörmətli cənab Prezident,


Azərbaycan xalqının rifahının daha da artırılmasına yönəlmiş hərtərəfli islahatlar siyasəti yürüdür və bu siyasətin bundan sonra da davam etdiriləcəyi şübhə doğurmur. Siz vətəndaşlarla keçirdiyiniz görüşlərdə, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac olduğunu və müvafiq göstərişlər.
Cənab Prezident, sizin verdiyiniz fərmanda da qeyd olunub ki, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.
2012-ci il dekabrın 2-də bir otaqlı ev almışam. Sənədlərim tam qaydasındadır. Pulunu da tam ödəmişəm. Bütün sənədlər də qaydasındadır. MTK-nın verdiyi çıxarış,MTK-nın hazırda verdiyi arayış (həqiqətən də orda yaşadığına dair sənəd),mənim maliyyə arayışım – tamamilə pulun hamısını bir dəfəyə ödəmişəm. Şirkət rəhbərliyinin və mühasibin imzası və möhürləridə yerindədir. Mənim evimdə heç bir problem yoxdur. 10 ay olar ki, Xətai Rayon Məhkəməsindən zəng gəldi ki, sizi məhkəməyə veriblər. Getdim məhkəməyə. Gördüm ki, Quliyev Pərviz Qaryağdı oğlu mənim evim haqqında iddia qaldırıb ki, ev mənimdir və boşaldılmalıdır. Mən bu şəxsi ilk dəfədir görürəm, tanımıram. Əvvəlcə getdim MTK-dan maraqlandım ki, bu kimdir. MTK da heç tanımadı. Dedilər əvvəllər burdan ev alıb. Maliyyə arayışı yoxdur. 12-ci mərtəbədən ev götürüb, lakin keçmiş MTK rəhbərliyi saxta sənədlərlə ev verib. Maliyyə arayışı da yoxdur. Xətai rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə ekspertiza təyin elədi. Baxmayaraq ki, Quliyev Pərvizin əlində mənim evimə aid heç bir sənədi yoxdur. Xətai rayon Məhkəməsi Ədliyyə Nazirliyinin ekspertizasının əməkdaşı Xəyyam İsgəndərovu evə rəy bildirməsi üçün təyin edib. Ədliyyə Nazirliyinin eksperti Xəyyam İsgəndərov məhkəmə tərəfindən təyin olundu. Gəldi mənzili ekspert elədi. Vəkilim vasitəsilə məndən 4000 manat pul istədi. Dedim ki, bu pulu verə bilmərəm. Yoxumdur da, heç verə də bilmərəm. Nəyə görə verim? Çünki mən 10-cu mərtəbədə yaşayıram. Sənədlərimdə də 10-cu mərtəbə qeyd olunub. Yeddi qonşu yaşayırıq. Lifti basıb gedirik 10-cu mərtəbə. Bu necə olur? Analoqu olmayan bir hadisədir. Siz indi Ədliyyə Nazirliyinin eksperti Xəyyam İsgəndərovun savadsızlığına baxın. Mənim yaşadığım 10-cu mərtəbəyə rəy verdi ki, bura 11-ci mərtəbədir.
Heç bir əsası əlində yoxdur. Mənim yan qonşuma da eyni əsasla iddia qaldırmışdılar. Həmin Xəyyam İsgəndərov gəlib, həmin evə gerçəkdən də düzgün rəy verib. Bu qonşumun sənədidir (70 nömrəli mənzilin). Yazılıb ki, liftin düyməsini nəzərə alaraq, mənzil 10-cu mərtəbə də yerləşir. Ekspertiza idarəsinin də möhürünü vurub. Altı ay keçəndən sonra mən buna pul vermədiyimə görə qonşuma yazdığı rəyi mənim evimə yazmayıb. Prinsip olaraq Xətai Rayon Məhkəməsi mənzili 10-cu mərtəbədə olduğunu təsdiq elədi. Məhkəmə bu şəxslərin iddiasını rədd elədi ki, belə bir şey ola bilməz. Gördüyünüz kimi, bu Xətai, Rayon Məhkəməsinin qətnaməsidir. İş mənim xeyrimə başa çatdı. Eyni zamanda qarşı tərəf yalan iddia qaldırdığına görə 100 manat cərimə olundu. Apellyasiya Məhkəməsinin hakimi Raqif Qurbanov Xəyyam İsgəndərovu məhkəməyə dəvət elədi. O, bir cümləni düz-qoş edib deyə bilmədi. Çünki saxta rəy verib axı. Raqif Qurbanov qərar qəbul etdi ki, ev boşaldılsın. Ali Məhkəməyə şikayət verdik, hakim Vəfaddin İbayev də qərarı qüvvədə saxladı. Hansı hüquqşünasa göstərirəm, təəccüblənir. Mən işi Konstitusiya Məhkəməsinə verməyə hazırlaşıram. İnşallah Konstitusiya Məhkəməsində ədalətli qərar verilər və Ali Məhkəmənin qərarı ləğv edilər. Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın qəbulunda oldum. O da sağ olsun, Ali Məhkəmənin Plenumuna məktub göndərib ki, çox ciddi araşdırılsın və məsələ ictimailəşsin.
Cənab Prezident, mən inanıram ki, Azərbaycanda yaşayan hər birvətəndaşların problemlərinə həssas yanaşırsınız və bizim ailənin də qarşılaşdığı bu çətin vəziyyətə, haqsızlığa biganə qalmayacaqsınız.

İnterPosta.info

Ədliyyə ekspertinin pula hərisliyi nəticəsində vətəndaş qanuni evindən oldu – PREZİDENTƏ MÜRACİƏT
Ədliyyə ekspertinin pula hərisliyi nəticəsində vətəndaş qanuni evindən oldu – PREZİDENTƏ MÜRACİƏT
Ədliyyə ekspertinin pula hərisliyi nəticəsində vətəndaş qanuni evindən oldu – PREZİDENTƏ MÜRACİƏT
Ədliyyə ekspertinin pula hərisliyi nəticəsində vətəndaş qanuni evindən oldu – PREZİDENTƏ MÜRACİƏT Ədliyyə ekspertinin pula hərisliyi nəticəsində vətəndaş qanuni evindən oldu – PREZİDENTƏ MÜRACİƏT

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26