Interposta.Info

Deputat Adil Əliyevin Çexiyada 2 milyon dollara yaxın sərvəti üzə çıxdı - FOTO

Müxtəlif / Manşet
 6-11-2019, 09:25     10 651

Deputatın Çexiyada 2 milyon dollara yaxın sərvəti üzə çıxıb.

"İnterPosta.info" xəbər verir ki, jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında Əliyevin mülkləri haqqında yazıb. Onun deputat haqqında araşdırma etməsinə səbəb deputatın söylədiyi fikirlər olub.


Jurnalistin yazısın olduğu kimi təqdim edirik:

Adil Əliyev deyir ki, millət vəkili imkanlı şəxslərdən olmalıdır. Deputatın fikirləri "a qarğa, məndə qoz var' məsəlinə oxşadı.
Görək, cənab Əliyevin 2001-ci ildə Çexiyada Baqdasaryan və Tovmassiyandan 300 min dollara aldığı, 2016-cı ildə qardaşı Allahverdi Əliyevin adına keçirdiyi şirkətlərin nə qədər dövriyyəsi var?
Çexiya Maliyyə Nazirliyinin reyestr xidmətinə daxil edilmiş son maliyyə hesabatlarına görə West End Center s.r.o. və Ran Limited s.r.o. şirkətlərinin aktivlərinin cəmi 43 milyon krona (2 milyon dollara yaxın) yaxındır.
Deputatın əvvəllər Xarici İşlər Nazirliyində işləmiş, 2017-ci ildən isə ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfiri statusunda Azərbaycan respublikasının Rusiyadakı ticarət nümayəndəsi kimi fəaliyyətini davam etdirən qardaşı oğlu Ruslan Əlıyevin Moskvadakı "Kapital sığorta" şirkətindəki səhmlərinin isə bu mövzuya dəxli olmaya bilər. Amma cənab Əliyev vaxtilə Çexiyadakı şirkətlərə qardaşı oğlu ilə şərik idi.

Siz deyin, Adil Əliyev növbəti dəfə deputat ola bilər, yoxsa yox?

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26