Interposta.Info

Gürcüstan höküməti azərbaycanlılara qarşı hələdə biganədir - FOTO

Müxtəlif / Manşet
 18-08-2019, 15:49     10 447

Azərbaycan Dövləti ağır günlərində hərzaman Gürcüstan dövlətinin yanında olub. Amma buna baxmayaraq Gürcüstan höküməti azərbaycanlılara, onların təhsil almasına biganə münasibət göstərir.

Bununla bağlı "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru, "Zəngəzur" Cəmiyyətinin sədr müavini Tamxil Ziyəddinoğlu feyizbuk hesabında yazdığı fikirləri "İnterPosta.info" olaraq təqdim edirik:


Azərbaycanda da, digər ölkələrdə də yaşayan soydaşlarımız bilir ki, Azərbaycan Dövləti ağır günlərində həmişə Gürcüstan dövlətinin yanında olub. Ona təkcə mənəvi-siyasi deyil, həm də iqtisadi dəstək göstərib. Bütün regional layihələrdə Gürcüstan əsas partnyor seçilib. Amma qonşu dövlət nədənsə, ölkəmizə qarşı siyasətdə səmimi deyil. Azərbaycan rəhbərliyinin onlara göstərdiyi xoş məramın Gürcüstandakı soydaşlarımıza münasibətdə əksinin şahidi oluruq. Qonşularımız müxtəlif vasitələrlə oradakı aborogen soydaşlarımızın dinc yaşamasına əngəl törədirlər. Onların hüquqlarının müdafiəsinə çalışan "Borçalı" Cəmiyyətinin fəaliyyətinə açıq və dolayısı ilə mane olurlar.Soydaşlarımızı müxtəlif bəhanələrlə doğulduqları yurda buraxılmaması ədalətsizlik, haqsızlıq olmaqla bərabər, həm də millətimizi zəif bilmək, bizə həqarət etmək, aşağılamaq anlamındadır. Türk kimliyinə hörmət edən hər kəs bu zorakılığa qarşı çıxmalıdır. Çünki özümüzə dost-müttəfiq bildiyimiz bir ölkədən belə qeyri humanist münasibət təkcə borçalıların problemi deyil, ümummilli bir məsələdir. Borçalı mahalındakı Şindilər kənd məktəbində lentə aldığım görüntüləri diqqətinizə çatdırıram. Bu soydaşlarımıza olan münasibətin təzahürüdür.

İnterPosta.info

Gürcüstan höküməti azərbaycanlılara qarşı hələdə biganədir -  FOTO
Gürcüstan höküməti azərbaycanlılara qarşı hələdə biganədir -  FOTO
Gürcüstan höküməti azərbaycanlılara qarşı hələdə biganədir -  FOTO
Gürcüstan höküməti azərbaycanlılara qarşı hələdə biganədir -  FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26