Interposta.Info

Azərbaycan səhiyyəsi daha bir ailənin yeganə övladın əlindən aldı - VİDEO

Müxtəlif / Manşet
 20-07-2019, 14:04     10 700

Ağdaş rayon Mərkəzi Xəstəxanası buyurdu, Mingəçevir rayon Mərkəzi Xəstəxanasında can aldı?

Ağdaş rayon sakini bildirir ki, azyaşlı övladının səhəti pisləşdiyini görüb rayon xəstəxanasına aparıb. Ağdaş rayon xəstəxanasının Ata adlı həkimi bildirib ki, ilk tibbi yardımdan başqa biz övladınıza heç bir yardım edə bilməyəcəyik. Biçarə valdeyinin çığır bağırından sonra rayon xəstəxanasından ona məsləhət ediblər ki, Mingəçevir rayon Mərkəzi Xəstəxanasına aparsın

Belədisə, onda Ağdaş rayon Mərkəzi Xəstəxanası niyə fəaliyyət göstərir?

Azərbaycan səhiyyəsinə xərclənən milyonlar hara gedib?

Daha acnacaqlı hadisə bundan sonra baş verir.

Mingəçevir rayon Mərkəzi Xəstəxanasına azyaşlı övladın aparan valideyin yenədə həkim səhlənkarlığı ilə qarşılaşır. Mingəçevir Xəstəxanasında bir neçə saat qaldıqdan sonra, həkimlər valideyinə bildiriblər ki, uşağın durumu yaxşı deyil. Təcili-Tibb yardım maşını ilə Gəncə və ya Bakı şəhər xəstəxanalarına çatdırmaq lazımdır.
Bunu eşidən Ağdaş rayon sakini Ələkbərov Cabir Çingiz oğlu deyir ki, Mingəçevir rayon Mərkəzi Xəstəxanasından və Ağdaş rayon Mərkəzi Xəstəxanasından tələb, xahiş etdim ki, övladımı aparmaq üçün təcili-tibbi yardım maşını ilə təmin etsinlər. Amma mənə təcili-tibbi yardım maşını vermədilər və bunun nəticəsində tək övladımı itirdim.
Səhiyyənin növbəti qurbanının atası:"Dedim uşaq ölür, dedi ə get işinlə məşğul ol"!..
Ailənin tək övladı "Azərbaycan Səhiyəsi"nin fəaliyyətsizliyi ucbatından dünyasını dəyişib?

Ələkbərov Cabir Çingiz oğlu övladının ölümündə səbəbgar olan "həkim"lərin adınıda vurğulayıb: Nuri Nuriyev, Eldar Kərimov, Şxəli, Ata və Bəxtiyar Paşayev!

Daha ətraflı "İnterPosta.info" təqdim etdiyi və vətəndaşın iddiya etdiyi kadırlarda:



Qarşı tərəfləri dinləməyə hazırıq.

Azərbaycan səhiyyəsi daha bir ailənin yeganə övladın əlindən aldı - VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26