Interposta.Info

Tarixi məkanlarda çəkiliş aparmağa niyə icazə verilmir? (SƏBƏB)

Müxtəlif
 19-07-2019, 16:50     10 355

Son bir neçə ildə Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Onlar paytaxt Bakı və digər şəhərlərdə tarixi məkanlara səyahət etməyə, tarixi abidələr, muzeylərlə tanış olmağa xüsusi maraq göstərirlər.

Yerli və xarici turistlərin səyahət etdikləri bəzi məkanlarda şəkil və video çəkmək sərbəst olsa da, bəzilərində isə qadağandır.

EkoNews bu tarixi abidələrə hansılar aiddir və bunun səbəblərini ekspert Ceyhun Aşurovla müzakirə edib.

Ekspertin sözlərinə görə, tək Azərbaycan da deyil, dünyanın bir çox ölkələrində bununla bağlı qadağalar var. Belə ki, açıq havada olan tarixi ərazi və abidələrdə şəkil və video çəkilişinə icazə verilərkən, qapalı məkanlarında bəzi qadağalar tətbiq olunur. Hətda belə məkanlara misal olaraq "Luvr" muzeyini, "Ermitajı" da göstərmək olar.

Bunun da müxtəlif səbəbləri var. Bu qadağalar ya plagiyat imkanlarını məhdudlaşdırmaq, təhlükəsizliyi təmin etmək və ya muzeydə olan tarixi əsər, əlyazmalar, rəsm əsərlərini, çəkiliş zamanı işıq effektlərinin onlara verdiyi mənfi təsirdən qorumaq üçün edilir:

"Belə ki, həmin materiallar xüsusi dərəcədə, xüsusi şəraitdə saxlanılaraq qorunur. Bu addım təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində qapalı muzeylərin içini həm də, daha maraqlı, daha əlçatmaz etmək üçün də nəzərdə tutulub. Turistərin bunu şikayət kimi bildirərək, "mən turistəm, istədiyim yerin şəklini çəkə bilərəm" deyə vurğulaması doğru deyil. Muzeylərdə şəkil və video çəkmək ora olan marağın azalıb, məhrəmliyinin də itirməsinə səbəb olur. Həmin yerləri lentə almağa yalnız sənədli film, kino çəkilişləri zamanı icazə verilir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26