Interposta.Info

“LƏLƏ TƏPƏ” QƏLƏBƏMİZİN RUH ZİRVƏSİDİR…

Müxtəlif
 17-03-2019, 13:14     10 955

"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində Qelebe soraqli Qarabag avazi ile Cozuq Mərcanlıya səfər edilib
Artıq üç ildir ki, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti, Bakı Texniki-Hümanitar liseyin tədris işləri üzrə direktor müavini Nuranə xanım Şixəliyevanın müəlifi və təşkilatçılığı ilə həyata keçirilən "Əsgərə xatirə kitabı" layihəsi Novruz bayramı ərəfəsində ön xətdə olan əsgərlərimizi tək qoymur.
Bu günlərdə həmin layihə çərçivəsində Nuranə Şixəliyevanın rəhbərlik etdiyi böyük bir qrup işğaldan azad edilmiş Lələ Təpə yüksəkliyinə səfər etmişlər. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlayan səfər ön xətdə xidmət edən əsgərlərlə görüşlə başa çatmışdı.
Görüş zamanı nümunəvi xidmətinə görə fərqlənən əsgərlərə Azərbaycan Alpaqut Federasiyası və Bakı Texniki-Hümanitar liseyin adından fəxrı fərmanlar, hədiyələr və bayram sovqatı təqdim edilib. Əsgərlərə təqdim olunan ən böyük hədiyə isə kitablar olub. Adından göründüyü kimi bu layihənin əsas məramı əsgərlərin asudə vaxtlarınının səmərəli təşkili, onlarda vətənpərvərlik ideyalarının aşılanması məqsədi ilə vətənpərvərlik mövzusunda yazılmış kitabları onlara hədiyə etməkdir.
Görüşdə iştirak edən psixoloq Aytən Ələkbərova fikirlərini bizimlə bölüşüb:
“Milli mənəvi dəyərlərimizi qorumaq məhz vətənə sevgidən yaranır .Qərinələr boyu isə bu baxımdan güvəndiyimiz ordumuzun sayəsində həmişə qələbə əzimli, həmişə sülh deyə böyüyürük . Psixoloji baxımdan hələ 2014-cü ildə də məhz hərb psixologiyasıyla bağlı çox geniş müsahibəm olmuşdur. Təkrarçılıq olmasın bu gündə bəzi məqamları xatırlatmaq istəyərdim. Bir əsgər andına ruhən hazır olmasa bunu etmək çox çətin olur. Bunun isə başlıca səbəbi ailə, məktəb və cəmiyyətdir. Cəmiyyətdə bu cür lahiyələr nə qədər çox olsa, bir o qədər o anda psixoloji hazır olaraq şərəflə və ləyaqətlə vətəni qorumağa hazır olursan . Odur ki, bu baxımdan məhz bu addımı şagirdlərlə atdıq və şagirdlərimizin əsgərlərin rəğbətləndirildiyini görmək, ayrıseçkiliyin olmadığını görmək onlarda böyük coşquya səbəb oldu. Hətta şagirdlərin arasında evin tək övladı olmasına baxmayaraq, məhz lahiyə rəhbərinin yeganə övladı olan 10-cu sinif şagirdi Yusif “lap əsgər olmaq istədim” deməsi bir psixoloq olaraq məni dahada fərəhləndirdi . Təsəvvür edin ki, “Lələ Təpə” yüksəkliyində əsgərlər üçün yaradılan şərait asudə vaxtlarında belə təqdim olunan kitablara olan maraq isə iki tərəfli marifləndirmə idi. Məncə ruh yüksəkliyi vətən sevgisini yaradıb, əsgəri xidmətə verilən bir gəncin əsl psixoloji hazırlığı, bax belə başlamalıdır. Allah əsgər və zabitlərimizi qorusun “.
Səfərdə Azərbaycan Alpaqut Federasiyasının vitse prezidenti Rafiq Qasımov altı nəfər öz tələbə idmançıları ilə, "Neapol Bakı" asossasiyasının vitse prezidenti Tural Alışanlı, Bakı şəhəri 82 saylı tam orta məktəbin rəhbərliyi, Pisixoloq Aytən Ələkbərova, muellim kollekti wagird heyati ve valideynləri digər fəxri qonaqlar bu tədbirdə iştirak edirdilər.
Səfər praqramı çərçivəsində iştirakçılar arasında Aprel döyüşlərinin canlı qəhrəmanı General-Mayor Mayis Bərxudarovla görüş olmuşdu. General "Lələ Təpe Fatehleri" kitabını Nuranə xanıma təqdim edib. Silsilevi tedbirde Mərcanlı kəndinin sakinləri ilə görüşmüş, kənd orta məktəbində olaraq məktəbin müəllim-şagird kolletivi ilə görüş keçirilmiş, kənddə inşa edilmiş Şuşa məscidinə bənzər Cocuq Mərcanlı məscidini, aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Həmçinin, Cocuq Mərcanlı parkında təşkil edilmiş sərgi ilə tanış olublar. Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov səfər iştirakçıları ilə görüşüb.
Axşam saatlarında isə əsgərlərlə birgə Novruz tonqalı ətrafına toplaşmışlar. Tonqalı aprel şəhidi Elnurun anasi alovlandırıb.Bedii hissede senet adamlari rengareng musiqi nomreleri ile qelbleri oxwadan cixiwlar teqdim etdi.
Azərbaycan Alpaqut Federasiyasının Alpları əsgərlər qarşısında nümunəvi idman çıxışları nümayiş etdirmişlər.
Sonda əsgərlərlə birgə xatirə şəkli çəkdirilib.

İnterPosta.info

“LƏLƏ TƏPƏ” QƏLƏBƏMİZİN RUH ZİRVƏSİDİR…
“LƏLƏ TƏPƏ” QƏLƏBƏMİZİN RUH ZİRVƏSİDİR…
“LƏLƏ TƏPƏ” QƏLƏBƏMİZİN RUH ZİRVƏSİDİR…
“LƏLƏ TƏPƏ” QƏLƏBƏMİZİN RUH ZİRVƏSİDİR…
“LƏLƏ TƏPƏ” QƏLƏBƏMİZİN RUH ZİRVƏSİDİR…
“LƏLƏ TƏPƏ” QƏLƏBƏMİZİN RUH ZİRVƏSİDİR…“LƏLƏ TƏPƏ” QƏLƏBƏMİZİN RUH ZİRVƏSİDİR…

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26