Interposta.Info

“Milli Hüquq Evi” xaricdə yaşayan gənc soydaşlarımızı bir araya gətirəcək

Müxtəlif
 8-02-2019, 00:44     11 235

Sağlam və vətənpərvər gənclərin yetişməsinin dövlət gənclər siyasətinin hər zaman prioritet istiqamətlərindən biri olduğunu bilirik. Gənclərin və ümumilikdə vətəndaşların üz tuta biləcəyi məkanlardan biri də Milli Hüquq Evidir. Əbəs yerə Milli Hüquq Evindən söhbət açmadıq. Müsahibimiz mərkəzin rəhbəri, hüquqşünas Nicat Gözəlovdur:
-Bu illər ərzində nə kimi fəaliyyətiniz olub?
“Milli Hüquq Evi” tərəfindən təşkil olunan layihələrdə gənclərin davamlı olaraq iştirak etmələrini və asudə vaxtını səmərəli keçməsini təmin etmək, davamlı olaraq kurs, təlim, seminar, intellektual yarışlar və maarifləndirici tədbirlər həyata keçirmək, gənclərə məlumat, hüquqi istiqamətdə məsləhət, peşə seçimi, könüllülük, gələcək iş fəaliyyəti kimi mövzularda onları düzgün istiqamətləndirmək, həmçinin fərdi inkişaflarına birbaşa dəstək verməkdir. Milli Hüquq Evinin dəstəyi ilə, gəncliyimizin inkişafına və düzgün istiqamətləndirilməsinə yönəlmiş, təlimçilər Orxan Şahbaz və Ramid Ağayevin təqdimatında "Sosial media və beyin inkişafı" mövzusunda gənclər üçün çox maraqlı seminar keçirilmişdir. Bu kimi gənclərin diqqətini cəlb edən seminarlarımız çox olub. Bundan əlavə mərkəzimizdə gənclərlə tanınmış şəxslərin görüşü də tez-tez təşkil olunur. Daha sonra keçən il “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi və “Milli Hüquq Evi”nin birgə əməkdaşlığı çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqi təminatları: Yerli və beynəlxalq qanunvericilikdə” adlı seminar təşkil olundu. Seminarda əlilliyi olan şəxslərlə bağlı QHT-lər, KİV-lərin nümayəndələri, əlilliyi olan şəxslər iştirak edirdi. Məqsəd əlillərlə bağlı dövlət siyasəti, həmin insanlarla bağlı milli qanunvericiliyin hüquqi ekspertizası, əlil hüquqları ilə bağlı beynəlxalq təcrübə və əlilliyi olan şəxslərin sosial hüquqlarının təkmilləşdirilməsi məqsədilə aparılan islahatlar barədə əhalinin maarifləndirilməsi, ictimai müzakirələrin və dinləmələrin təşkilidir.
-Buradan vətəndaşlar və tələbələr necə yararlana bilər?
“Milli Hüquq Evi”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, dövlətin gənclər siyasətinin reallaşdırılmasından ibarətdir. Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi Milli Hüquq Evinin əsas tələbi olaraq qalır. Gənclərin müasir peşə fəaliyyətlərinə yiyələnməsi, elmi ünsiyyət mühitinin yaradılması, maraq sahələrinə uyğun bilik və bacarıqlara yiyələnmələri üçün mütəmadi olaraq təlim, seminarlar və dəyirmi masalar təşkil olunmuşdur. Həmçinin qeyri-hökumət gənclər təşkilatları, fiziki şəxslər layihələrin icrası zamanı Milli Hüquq Evinin imkanlarından səmərəli istifadə edirlər. Gənclər həmçinin mərkəzdən çay-kofe xidmətindən də yararlana bilərlər.
-Hansı sosial tədbirlər etmisiniz və gələcəkdə planlayırsınız?
Gənc hüquqşünaslar mərkəzimizdən hüquq ixtisasına aid istənilən kitabı tapa bilərlər. Mərkəzimizin ofisi, gənclər ictimai birliklərinin işçi və könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Gənclər buradan oxu mərkəzi kimi də istifadə edə bilərlər. Əsas məqsəd gənclərin hərtərəfli inkişafını, asudə vaxtının effektiv təşkil edilməsi vasitəsilə tərbiyəsini istiqamətləndirməkdir. Hüquq Evinin müxtəlif tədbirlərin keçirilməsi üçün 70 nəfərlik konfrans zalı mövcuddur. Biz burada “Vətənpərvərlik klubu”, ”Ünsiyyət klubu”, “Gənclərin intellektual klubu”, “Kompüter mərkəzi”, “Gənc ailələrə dəstək mərkəzi”, “Debat otağı”, “Hüquq-psixoloji xidmət-Qaynar xətt”, “Karyera mərkəzi”, “Peşəyönümü mərkəzi”, “Gənclər təşkilatlarının koordinasiya mərkəzi” kimi layihələr həyata keçirməyi planlaşdırırıq.
-Beynəlxalq əlaqələrin inkişafı ilə bağlı planlarınız varmı?
Əlbəttə beynəlxalq əlaqələrin inkişafı ilə bağlı hədəflərimiz böyükdür. Milli Hüquq Evinə eyni zamanda xaricdə yaşayan soydaşlarımız və xarici vətəndaşlar da təşrif buyururlar. Biz onları mərkəzimizin fəaliyyəti ilə tanış edib məlumatlar veririk. Fikrimiz varki, xaricdə yaşayan gənc soydaşlarımızı Bakıya toplayaq və beynəlxalq səviyyədə konfrans keçirək. Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s. Xarici siyasət dövlətin beynəlxalq münasibətləri ilə, məqsədləri, istiqamətləri, vəzifəsini müəyyənləşdirir. Dövlətlər xarici siyasət həyata keçirərkən əsas məqsədləri onun öz vətəndaşlarının hüquq və azdlıqlarının qorunması və müdafiəsi eləcə də dövlətin irəliləyişi üçün çox əlverişli mühitin yaradılması və təhlükəsizliyini təmin etməkdən ibarətdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26