Interposta.Info

Cəmil İbrahimovun Bellator MMA-da debütü və qələbəsi

Müxtəlif / İdman
 16-01-2019, 22:51     11 521

Cəmil İbrahimov, Bellator MMA-da ilk dəfə debüt edən və öz rəqibini ilk raundda nokautla məğlub edən Azərbaycanlı.

Bu gün Cəmil İbrahimov döyüşlərdəkiöz nailiyyətləri haqqında İnterPosta.info-ya danışdı:


- Bu idman növünə necə gəldiniz? Sizin bu idmanda xoşunuza gələn nədir?
-Mən bu idman növünə 2011-ci ildən 2012-ci ilə keçən dövrdə gəldim. Mən bu idmana əsas dalaşmağı öyrənmək üçün gəlmişəm, çünki məktəbdə tez-tez məni incidirdilər və fiziki olaraq mən özümü müdafiə edə bilmirdim, buna görə də bu idman növü ilə məşğul olmağa qərar verdim. Buna qədər mən karate, boks, basketbola getmişəm, lakin bunlar hamısı qısa müddət davam edib, çünki mən 1-2 aydan bir gedirdim və mən bezirdim, mənə maraqsız gəlirdi. MMA-ya gələndə mənim çox xoşuma gəldi, çünki hər bir məşqdə biz nəsə fərqli, maraqlı bir şey keçirdik və artıq 6 ildir ki mən bu idman növü ilə məşğul oluram və hər bir məşq mənim üçün maraqlıdır. Mən bu idmana gələndə mənim 20 ya da 19 yaşım var idi.
-İlk mükafatınızı nə zaman aldınız? Ən yadda qalan yarışlar hansılar idi?
-İlk mükafatımı Bakı çempionatında əldə etmişəm. Mən ikinci yer tutdum. İlk yarışımdakı ən birinci döyüşdə uduzdum, bu da Bakı çempionatı idi. İkinci yarış ya Azərbaycan çempionatı, ya da Bakı çempionatı idi, düzünü desəm dəqiq xatırlamıram, orda mən ikinci yeri tutdum. Üçüncü yarışdan başlayaraq 2018-ci ildə Azərbaycan çempionatına qədər bütün yarışlarda mən birinci yeri tutmuşam. Mən MMA üzrə 6 qat Bakı çempionu, qrepplinq üzrə 2 qat çempion və MMA üzrə 2 qat Azərbaycan çempionuyam.Ən yadda qalan yarış Almaniyanın Xaqen şəhərində keçirilmiş dünya çempionatı idi. Azərbaycan çempionatında keçirilən döyüşlər prinsipial döyüşlər idi, orda mənim rəqiblərimlə köhnə haqq-hesabım var idi.Bu Azərbaycan çempionatı idi, orda mən bir oğlanla döyüşürdüm, bizim ümumi hesabımız 1-1 idi. İlk olaraq o mənə qalib gəldi, daha sonra isə mən qalib gəldim. Üçüncü dəfə biz onunla Azərbaycan çempionatında qarşılaşdıq və mən orada ona qalib gəldim. .
-Bu idman növündə ən ağır olan nədir?
-Bu idman növündə ən ağır olan şey məşq prosesidir. Nə qədər daha çox məşq etsən, məşqlərdə nə qədər ağır keçsə, döyüşlərdə bir o qədər asan olacaq. Bu təkcə mənim idman növümdə deyil, bütün idman növlərində belədir. Misal üçün, həm işləmək, həm də gün ərzində 3 və ya 4 məşqdə olmaq çətindir. Bir məşq səhər saat 8-dədir, məşqdən dərhal sonra mən işə gedirəm.Nahar vaxtı mən işin yaxınlığındakı zalda məşq edirəm, sonra isə yenə də işə gedirəm. Sonra isə saat 5-də yenidən məşqə gedirəm. Axşam saat 7-yə qədər məşq edirəm, saat 7-də isə tələbələrim gəlir və onlarla saat 10-a qədər məşq edirəm. Növbəti gün yenə də eyni şeylər, yenidən və yenidən. Bu baxımdan çətindir, yəni başqa hər hansı bir işə vaxt qalmır.
-Tel-Avivdə (İsrail) 15 noyabr tarixində keçirilmiş Bellatordakı(Bellator-209) ilk döyüşünüz barədə danışın.

-Bellator MMA-da döyüş. Mən böyük qürur hissi keçirirdim, və təkcə mən yox, ətrafımdakı bütün dostlarım, tanışlarım fəxr edirdilər ki, mən Bellatorda çıxış edəcək ilk Azərbaycanlıyam.Bellator dünyada UFC-dan sonra ikinci yarışdır, o MMA sahəsinə daxildir. O, çox məhşurdur. Mən Bellatorda İsraildən olan yerli idmançı Ceki Qoş ilə döyüşürdüm. Onun böyük təcrübəsi vardı, səkkiz qələbə və bir məğlubiyyət. O vaxta qədər mənim bir qələbəm var idi, məğlubiyyətim yox idi. O qəfəsdə yarışa 9 dəfə, mən isə cəmi 1 dəfə çıxmışdım. Təcrübə onun tərəfində idi. Mən düşünürəm ki, bu mənim xeyrimə oldu. Heç kim bilmirdi ki, məndən nə gözləmək olar, daha doğrusu düşünürdülər ki, qeyri-adi nəsə gözləməyə dəyməz. Amma sonda belə alındı.
-Bu idman növündə sizə pərəstiş etdiyin şəxs kimdir?
-Bu idman növündə mənim kumirim çoxdur: Keyn Velaskes, Frenk Mir, Corc Sent Pyer, Kris Vaytmen. Həm idmançı, həmdə insan olaraq onlar mənim üçün kumirdirlər.
-Bu idman növündə nəyi əldə etmək istəyirsiniz?
- Yəqin hamı kimi, bu idman növündə mən öz çəkim üzrə istər Bellator və ya UFC olsun gələcəkdə döyüşəcəyim yarışda çempion kəmərini qazanmağı arzu edirəm. Buvə ya hər hansı bir başqa idman növü ilə məşğul olan hər bir kəs bunu arzulayır.
Tamerlan İldırım

İnterPosta.info

Cəmil İbrahimovun Bellator MMA-da debütü və qələbəsiCəmil İbrahimovun Bellator MMA-da debütü və qələbəsiCəmil İbrahimovun Bellator MMA-da debütü və qələbəsi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26