Interposta.Info

Tamerlan İldırım: Yüksəliş

Müxtəlif
 5-01-2019, 21:33     10 613

1501-ci il. Şərur ətrafındakı döyüşə bir gün qalmış. Səfəvilər sülaləsindən olan İsmayıl Xətainin düşərgəsi.

Mənim taleyim Allah tərəfindən müəyyən olunmuşdu. Allah bunu mənim üçün seçib. Mən, Səfəvilər sülaləsindən olan İsmayıl Xətai, körpə yaşlarında atamı itirmişdim, öz qohumlarım məni təqib edir və öldürmək istəyirdilər, belə ki, onlar məni anadan olandan bəri düşmən olaraq görürdülər. Mən həyatda qala bildim. Atamın sadiq silahdaşları olan qızılbaşlar sayəsində mən xilas olundum. Yeddi yaşında Karkiya Mirzə Əlinin Gilandakı sarayına yerləşdim. Mən tanınmış alimlərin rəhbərliyi altında mükəmməl təhsil aldım. 14 yaşında mən, mənə sadiq olan qızılbaş və türk tayfalarından ibarət ordunun başçısı oldum və güclü Səfəvi dövlətini qurmağı və ailəmin düşmənlərindən qisas almağı qarşıma məqsəd qoydum.Gülüstan qalası yaxınlığında Şirvanşahlar Şahı Fərrux Yasarın qoşunları ilə həlledici döyüş baş verdi. Mən silah dostlarımla birgə ön sıralarda vuruşurdum. Mən başqa cür davrana bilməzdim, onlar öz həyatlarını mənə etibar etmişdilər, onlar mənə ümid bəsləyirdilər, mən göstərilmiş böyük etimadı doğrultmalıydım. Biz qalib gəldik–Fərrux Yasar döyüşdə məğlub oldu və edam olundu. Biz Şirvanşahların paytaxtı Bakını mühasirəyə aldıq və ələ keçirdik. İndi yalnız bir düşmən qalırdı – mənim əmim oğlu Ağqoyunlu Əlvənd Mirzə.O, ordusu ilə Təbrizdən gəldi və mən onun qarşısına getdim. Bu döyüş hər şeyi - bizim taleyimizi və qalibin başçılıq edəcəyi dövlətin taleyini həll etməli idi. Bizim ordular Şərur düzənliyində qarşı-qarşıya gəldilər. Mən döyüş meydanını nəzərdən keçirdim və düşərgəyə qayıtdım.Mən ölümdən qorxmurdum: hər şey Allahın əlindədir. Sabah hər şey həll olacaqdı. Mənim döyüşçülərim məni salamlayırdı. Onlar qışqırır, qılınclarını qalxanlarına vururdular. Mən onların gözlərində nə qorxu, nə də yalan gördüm. Onlar mənə ümid bəsləyirdilər. Mənim onların ümidlərini puça çıxarmağa haqqım yox idi. Mən atdan düşdüm, yüyəni əsgərə verdim. Göstəriş və əmr verdim ki, sübh açılanadək məni narahat etməsinlər. Mən çadıra daxil oldum, dəbilqəmi çıxardım, masanın üzərinə qoydum, üzümü yudum və səyyar çarpayıya əyləşdim. Mən oturub düşünürdüm. Mən ölümdən qorxmurdum. Mən adamlarımın etimadını doğrultmamaqdan qorxurdum.Onlar mənə inanırdılar, öz başçıları üçün həyatlarını verməyə hazır idilər. Mən, mənə bəslənən etimadı doğrultmalıyam. Mən uzandım, lakin yatmağa hazırlaşmırdım. Gözlərimi yumub döyüş haqqında düşünürdüm və nə vaxt yuxuya getdiyimi hiss etmədim.Mən yuxu gördüm: meşə ilə gedirdim. Bu, gözəl və yaşıl meşə idi. Birdən kömək üçün çağıran səs eşitdim. Qışqıran qadın idi. Mən qışqırığa tərəf qaçdım. Qadın körpə ilə yerdə uzanmışdı, onun başının üstündə qara zireh geyinmiş döyüşçü dayanmışdı, o zərbə vurmaq istəyirdi. Mən onun üzərinə tullandım və itələdim, o bir neçə metr kənara sıçradı və yıxıldı, mən qadını yerdən qaldırdım və ona qaçmağı söylədim. Döyüşçü ayağa qalxdı, o mənimlə eyni boyda idi və tamamilə qara geyimdə idi. Mən onun üzünü görə bilmirdim, onda dəbilqə vardı. O, heç bir söz demədi, mənim üzərimə tullandı, biz onunla döyüşdük. O, əla döyüşçü idi, qılıncla davranmaqda məndən geri qalmırdı. Onun döyüş tərzi məni çaşdırdı. O, mənim döyüşdüyüm tərzdə döyüşürdü. Lakin mən onu aldada bildim, geri çəkilərək guya yorulduğumu göstərdim, o əks-hücum elədi və bu anda mən qılıncı onun ürəyinə sapladım. O yıxıldı: ölüm dərhal baş verdi, o əziyyət çəkmədi. Mən ona yaxınlaşdım, mən onun kim olduğunu bilmək istəyirdim. O, mənim bütün hərəkətlərimi dəqiqliklə təkrar edirdi. Ona tərəf əyilib dəbilqəsini çıxardıqda onun yanına yıxıldım. Bu mən idim. Mən özümlə döyüşürdüm. Mən başa düşə bilmirdim ki, bu nədir və bu nə mənaya gəlir.
- Sən öz iblisinə qalib gəldin, İsmayıl. Sən öz qorxuna qalib gəldin.
Səsi eşitdikdə mən qılıncımı əlimə alaraq yerdən qalxdım.
-Sən kimsən? Bütün bunlar nə deməkdir?
-Məndən qorxma, İsmayıl.
Bu an hər şey itdi, qaranlıqda sadəcə mən qaldım.
-Mən hardayam?
-Sən evindəsən, oğul. Hərşeyinbaşlandığıyerdə.
-Mənim evim qaranlıqda yerləşir?
-Yox. Sənin qəlbin elə sənin evindir, qorxduğun zaman orada gizlənəbilərsən. O zaman ki, sən nə edəcəyini və hərəkətlərinin nəticəsinin nə olacağını bilmirsən.Ruh ölümsüzdür. Sən təhlükədə deyilsən. Ürəyini aç. Öz qorxuların haqda mənə danış.
-Yox! Mən zəif olacağam, sən isə bundan istifadə edəcəksən, öyrənəcəklərin mənim ziyanıma olacaq axı.
-Yox! Mən səni daha güclü etmək istəyirəm. Mən heç vaxt nəyisə sənə qarşı istifadə etməyəcəm, belə ki, mən sənin özünəm.
-Necə? Sən kimsən?!
-Mən–sənin qəlbinəm, mən elə sənəm.Mən sənin bir hissənəm, ürəyini aç, sənə yaxşı olacaq, sən daha güclü olacaqsan. Mən Allah tərəfindən verilmiş bəxşişəm. Ruh ölümsüzdür.
-Mən qorxuram. Mən heç vaxt bu qədər qorxmamışdım. Məqsədlər olduqca yüksəkdir, qorxu isə bunları üstələyir.Mən öz ideallarımın əksinə getməkdən, mənə əziz olanlara qarşı olmaqdan qorxuram.Mən təmsil etdiyim xalqa və mənə əziz olan bir şeyi boğan varlıq olmaqdan, bədheybətə çevrilməkdən qorxuram.
-Qorxma. Sənin ürəyin və niyyətin safdır. Sən müqəddəs deyilsən, belə ki, biz hamımız günah sahibiyik və günahsız insan yoxdur. Qorxunu, qəzəbi, nifrəti bir kənara at. Ürəyini aç.Sənin qəlbin sənin müdafiəndir və onu heç vaxt səndən almayacaqlar. Hər bir kəs nədənsə qorxur, bu qəbahət deyil. Qəbahət, lazımlı bildiyin bir şeyi etməkdən qorxmaqdır.
-Mən nədən qorxduğumu etiraf edim. Mən öz səhvlərimi boynuma alıram, onların nəticələrindən qorxuram. Etiraf edirəm ki, məğlub olmuşam, lakin məğlubiyyətlər məni zəiflətmirdi, bir addım daha təcrübəli və güclü edirdilər.
-Sən dərsləri qavramısan. Sən öz gücünü göstərmisən. Sən özünə qalib gəlmisən. Sən öz qorxunu məğlub etmisən.
-Bundan sonra mən nə etməliyəm?
-Qorxma, lakin ehtiyatlı ol. Sənə yaxın olanlardan və səni layiq olduğundan daha çöx tərifləyən kəslərdən qorun. Riyakarları və xəyanətkarları bağışlama.
-Mən necə yaşamalıyam?
-Ləyaqətlə yaşa. Elə yaşa ki, sənin haqqında əfsanələr yaratsınlar, əqidə ilə yaşa, qəlbində qələbə ilə yaşa. İnan!Allaha inam - qurtuluşdur. Aydınlığa inan və bu aydınlıq–həqiqət işığıdır. Sən öz ruhunun və Allaha inamın xilası naminə şeytanla sövdələşmədən imtina etdin. Allah səni xilas etdi, İsmayıl, belə ki, sən güclü, ədalətli və hamının birlik içində yaşayacağı dövləti qurmaq üçün seçilmisən. O dövləti ki, əsrlərlə ayaqda duracaq. Qorxma, İsmayıl, sənin mübarizən, niyyətin təmizdir–Sən öz əcdadlarının mirasına layiqsən. O mirasa ki, sənə ötürülmüşdür.Qorxma.
Hökmdarım – sübh açılıb. Siz sübh açılanda sizi oyatmağımı əmr etmişdiniz.
Məni sadiq qulluqçum oyatdı. Mən yuxuda mənimlə kimin danışdığını bilmirdim. Lakin mən bir şeyi bilirdim: bu, yuxarıdan bir işarə idi. Ona işarə ki, mən məğlub olmayacam və öz ailəmi rüsvay etməyəcəm. Mən qalxdım, dəbilqəmi geyindim və döyüşçülərimin qarşısına çıxdım. Mən səmaya baxdım: o aydın idi.Bu yaxşı əlamətdir. Mən ata mindim, döyüşçülərin düzənlikdə düzülməsini əmr etdim, sıraların önündən keçərək ortada dayandım.
-Döyüşçülər, haqq-ədalətin zəfər çalacağı gün gəlib çatdı. Allah qoysa, bu gün biz qalib gələcəyik. Ölümdən qorxmayın, bizim mübarizə ədalətlidir. Əsgərlər hamı bir nəfər kimi mənim adımı qışqırmağa başladılar. Mən bilirdim ki, onlar mənə sadiqdirlər və məni sevirlər. Mən özümü əmin hiss edirdim. Mən qılıncı qınından çıxardım və bağırdım:
- Siz döyüşməyə hazırsınızmı?
- Bəli! –Siz mənimlə yan-yana ölməyə hazırsınızmı?

- Bəli! –Döyüşçülərim, arxamca gəlin. Bu gün böyük gündür. Döyüşə! İsmayıl öz əsgərlərini döyüşə apardı. O, öz əsgərləri ilə çiyin-çiyinə döyüşürdü. Kim düşünə bilərdi ki, 15 yaşlı bu yeniyetməyə tayfaları və xalqları bir dövlət altında birləşdirməkvə yalnız dövlətin banisi kimi deyil, həmçinin istedadlı sərkərdə, hökmdar və şair kimi qiymətsiz töhvə vermək nəsib olacaq.Onlar sayca üstün olan orduya qalib gəldilər. Əlvənd Mirzə məğlub oldu. Payızda İsmayıl təntənəli surətdə Təbrizə daxil oldu. O, özünü xan elan etdi və Səfəvilər Dövlətinin yaranmasını bəyan etdi.
Şah İsmayıl azərbaycan dilinin və mədəniyyətinin inkişafına əvəzsiz töhvə verdi, elm və mədəniyyətin bütün sahələrinin inkişafı üçün hər cür şərait yaratdı.


Səhra tülküsü

Müharibə bəşəriyyətin ən böyük bəlalarından biridir. Lakin, o bizim dayanıqlığımızı və mənəvi dözümlüyümüzü sınaqdan keçirir. Şərəf və ləyaqət cızığını keçib keçməyəcəyimizi, müharibənin dəhşətindən keçərkən insan olaraq qalıb qalmayacağımızı sınayır.Seçimi biz etməliyik. Birinci Dünya Müharibəsindən sonra biz almanlar sındırılmış və hər şeyimizi itirmişdik.Böhran, işsizlik özünü göstərirdi. Birinci Dünya Müharibəsinin qalibləri Almaniyada istədiklərini edirdilər. Bizə aid olan hər bir şeyi zəbt edirdilər. Almanlar«Versal Sazişi»ni qaliblərin «Versal diktatı» adlandırmışdılar. Almaniyadakı hakimiyyət zəif və yarıtmaz idi. Almanlara ümid lazım idi. Bizim üçün ümid Hitler oldu. Biz ona inandıq. Hitler dəyişikliklər arzusunda olan almanların çox hissəsini öz tərəfinə çəkdi. O, Almaniyanın keçmiş qüdrətini qaytaracağını bizə vəd verdi. Biz öz həyatlarımızı ona etibar etdik. Bəlkə də milliyətçi sosialistləri hakimiyyəti gətirmək bizim səhvimiz idi. Bəlkə də bu, bizim üçün daha bir sınaq idi. İndi bu haqda mübahisə etməyin heç bir mənası yoxdur. Bu taleyin hökmü idi. Bu əhvalat, Hitler və onun hakimiyyətinin törətdikləri haqqında deyil. Bu əhvalat, böyük və alicənab insan, öz qoşunlarının önündə gedən, bütün fəlakətlərə öz əsgərləri ilə çiyin-çiyinə sinə gərən, leytenantdan general-feldmarşal rütbəsinə qədər həyat yolu keçən Ervin Rommel haqqındadır. Mən, Karl Bauer İkinci Dünya Müharibəsinin əvvəlində bir çox alman gənci kimi könüllü olaraq orduya yazıldım.Böyük Almaniya yaradılması xəyalı ilə sərxoş olaraq 1941-ci ildə zabit kurslarını leytenant rütbəsi ilə başa vurdum.Esesçilərə yəhudi ailəsini həbs etməyə imkan vermədiyim və patrul zabitinin burnunu sındırdığım üçün tribunalda mühakimə olundum. Mən bütün qəlbimlə Almaniyanı və Alman xalqını sevirdim, lakin mən hər zaman şovinizm ideyalarının, elita təbəqələrinin üstün olması inancının, ksenofobiyanın, etnos olaraq yəhudi və qaraçıların sıxışdırılmasının və məhv edilməsinin əleyhinə olmuşam. Bizim, milli mənsubiyyətinə görə insanların həyatlarını məhv etmək hüququmuz yoxdur. Biz Allah deyilik, bizim buna haqqımız yoxdur.Buna görə də mən esesçilərlə toqquşmadan sonra zərər gördüm. Döyüş yoldaşlarımın, zabitlərin və hərbi akademiyanın rektorunun döyüş meydanlarında alman xalqına xidmət edəcəyimi irəli sürərək məni müdafiə etmələri məni xilas etdi. Məni buraxdılar və Ervin Rommelin rəhbərliyi altında Afrika korpusunun tərkibində xidmət etməyə göndərdilər. Mən onun haqqında çox eşitmişdim. O, Üçüncü Reyxin ən yaxşı generallarından biri idi, ona hörmət edirdilər və ondan qorxurdular. Hərbi müşavirələrdə təkcə o, Fürerin üzünə hərbi əməliyyatlar barədə nə düşündüyünü deyə bilirdi. Bizim vəzifəmiz, Britaniya qoşunlarını geri oturtmaq və Şimali Afrikadademək olar ki Britaniya qoşunlarının darmadağın etdikləri İtaliya qoşunlarının mövqeyini yaxşılaşdırmaq idi. 12 fevral 1941-ci ildə biz Tripoli şəhərinə gəldik. Bizim əsas qüvvələrimiz yalnız bir aydan sonra gələcəkdilər, lakin hətta mart ayının sonuna belə onlar tam sayda gələ bilməmişdilər.Biz Rommelin əmrini gözləyirdik, biz bilirdik ki, əlimizdə olan qüvvə ilə, ağır itkilər vermədən ingilisləri geri oturda bilməyəcəyik. Mən akademiyada təhsil alarkən Rommelin hərbi istedadı barədə eşitmişdim və mənbunu əyani surətdə gördüm. O, ingilisləri aldatmaq və onları alman qüvvələrinin daha çox olduqlarını düşünməyə vadar etmək üçün tankların maketlərini hazırlamağı, avtomobillərin üzərində saxta silahlar yerləşdirməyi əmr etdi. O, ingilislərin döyüşün başa çatdığını düşünmələri üçün onlara hücum etməməyi əmr etdi. Hiylə özünü doğrultdu, ingilislər döyüşün başa çatdığını düşündülər və əsas qüvvələri geri çəkərək, ön xətdə döyüş təcrübəsi olmayan zirehli tank və piyada diviziyalarını saxladılar. Gözlənilməzlik amili bizim tərəfdə idi və biz bu vəziyyətdən istifadə etməliydik. Hücum etmədən əvvəl Rommel bütün zabitləri topladı, hücum zamanı mən atıcı bölüyə başçılıq edirdim. Biz çadırın içində, ərazinin xəritəsi olan masanın yanında dayanmışdıq və onu gözləyirdik. O daxil oldu və mən əyani olaraq generalımızı gördüm. Biz dərhal farağat durduq. Bu, əlli yaşlarında, alicənab, eyni zamanda sadə bir insan idi. O, ən kiçik təfsilatlarına qədər hücum planını bizə izah edirdi. Bizi buraxmadan əvvəl o nitq söylədi: Bizim hücumumuzdan nəinki Afrikadakı hərbi kampaniyanın taleyi, həmçinin bizim müttəfiqimiz olan italyanların taleyi də asılıdır. Biz, ingilisləri italyan ordusunu tam məhv etməsindən yayındırmalıyıq. Əgər biz qalib gəlsək,ingilislər bütün öz diqqətlərini bizim üzərimizə yönəldəcəklər, bununla da italyan ordusunun qalıqları asan şəkildə geri çəkiləcək, yenidən qruplaşacaq və növbəti əmrləri gözləyə biləcəklər. Sizin bir çoxunuz, mənim zabitlərim üçün bu “hərbi cəhətdən imtahan” olacaqdır. Qorxduğunuzu inkar etmək lazım deyil. «Siz qorxduğunuzdan utanmamalısınız. Qorxu, sağlam düşüncənin təzahürlərindən biridir. Yalnız axmaqlar heç nədən qorxmurlar» ˡ. Biz onun sözlərini yüksək gülüşlə qarşıladıq. O, bizə mənəvi dəstək verə və ümid aşılaya bildi. İndi isə öz əsgərlərinizin yanına gedin, onlara təlimat verin, onları ruhlandırın və yatın, hücumun başlanğıcında hamı mənə dincəlmiş vəziyyətdə və tam gücü ilə lazımdır. Biz hərbi salam verdik və çadırdan çıxmağa başladıq.
-Siz, leytenant Karl, qalın. Generalın mənim qalmağımı əmr etməsi məni təəccübləndirdi, lakin mən təəccübləndiyimi biruzə vermədim. Əyləşin, leytenant. Mən onun yazı masasının yanındakı stula əyləşdim. O, masadan qovluğu çıxardı və masanın üstünə qoydu.
-Mən sizin şəxsi işlə tanış oldum, Karl. Siz akademiyanı əla qiymətlərlə başa vurmusunuz və bu əsil almana layiqliolaraq təqdirəlayiqdir. Lakin sizin tərcümeyi-halınızda sizi bir şəxsiyyət kimi xarakterizə edən həyatınızın bir epizodu mənim xoşuma gəldi. Mən susurdum və generalın nə deyəcəyini gözləyirdim.
-Siz Berlində SS patrulunun həbs etmək istədiyi yəhudi ailəsinin tərəfini saxlamısınız. Sizin bunu niyə etdiyinizi öyrənə bilərəm?
- Mən həmişə düşünmüşəm və düşünürəm ki, düşmən sənə döyüş meydanında təhlükə yaradan kəslərdir, sənin xalqının müstəqilliyinə təhlükə törədən və terror aktları həyata keçirən radikal qüvvələrdir. Düşmənlər bunlardır, sənin ölkənin sadəcə alman olmadıqlarına görə günahkar olan vətəndaşları deyil.Biz insanları yəhudi və ya qaraçı olduqlarına görə həyatdan məhrum etmək hüququna malik deyilik. Bəli, mən yəhudi ailəsinin tərəfini saxlamışam və buna görə də peşman deyiləm. Və əgər ikinci dəfə imkan olsaydı, mən yenə o hərəkəti təkrar edərdim, ancaq kiçik bir düzəlişlə.
-Hansı?
- Patrul komandirinin qarnına yox, eybəcər sifətinə vurardım. Mən danışmağı dayandırdım, general da bir neçə dəqiqə susdu. Sakitliyi onun gülüşü pozdu.
-Siz utanmaz adamsınız, leytenant. Utanmaz olmağınız bir yana, siz həm də cəsursunuz və hər şeyi olduğu kimi üzə deyə bilirisiniz. Generalın kimi.
Mən ayağa qalxdım və ona hərbi salam verdim. Sizin rəhbərliyiniz altında xidmət etmək mənim üçün şərəfdir, general Rommel.
-Siz azadsınız, leytenant Karl, sabahkı hücuma hazırlaşın. Əsas odur ki, sağ qalın. Mən hərbi salam verdim və çıxdım.Mən əsgərlərə təlimat verdim, yeməyimizi yedik və bir müddət sonra yatmaq üçün uzandıq. Mən yata bilmirdim və hava almağa çıxdım. Mən səmaya baxırdım, o təmiz və ulduzlu idi. Mən ölümdən qorxmurdum. Mən yalnız “hərbi imtahan”dan uğurla çıxa bilməməyə görə qorxurdum. Mən özüm üçün yox, əsgərlərimə görə möhkəm dayanmalıydım. Mən onların həyatlarına görə cavab verirəm. Mən bunun öhdəsindən gələcəyəm. Çadıra daxil oldum və çarpayıya uzandım. Yatmadan əvvəl mən cəbhəyə yollanmadan qabaq babamın mənə olan nəsihətini xatırladım: «Yaddan çıxarma oğul, müharibədə əsas olan yalnız qələbə deyil, həm də insan olaraq qalmaqdır, insanlığı və şərəfi itirməməkdir, həddi aşmamaqdır, insanlığı, ləyaqəti itirərək yolundakı hər şeyi məhv edən heyvana çevrilməməkdir. Döyüşərkən biz bəzən nə üçün vuruşduğumuzu unuduruq, taleləri başqa cür ola biləcək itirilmiş həyatlar haqda düşünmürük.Əsas nə üçün mübarizə apardığını unutmamaqdır..» Mən yatana qədər onun sözləri beynimdə dolaşırdı. Bir müddət sonra bizi həyəcan siqnalı ilə ayağa qaldırdılar, vaxt gəlib çatmışdı. Bir addım da geriyə dönmədən, qələbə və yalnız qələbə, ingilislərin təqib etdiyi italyan ordusunun taleyi bizdən asılı idi. Rommel dərhal ingilislərə qarşı əks-hücuma keçdi. Biz düşmənə hücum edərək döyüşə atıldıq, gözlənilməzlik elementi və qələbəyə inam bizim tərəfimizdə idi. Hücum uğurla başa çatdı, iki həftədən az müddətdə ingilislər minlərlə mil geriyə atıldı. Rommel bizim üçün «əsgər üçün əsgər» oldu. O, təkcə əla strateq yox, eyni zamanda alicənab bir insan idi, o əsirlərə bizim qardaşlarımız kimi münasibət göstərməyi əmr etmişdi.O, onları qida və geyim ilə təmin edirdi. Onlara hörmətlə yanaşılırdı. Rommel gestaponun zabitlərini əsirlərin yanına buraxmırdı, bu da gestapoçuları hiddətləndirirdi.O, əsirləri alçaltmayaraq və onlara işgəncə verməyərək gestapoçuları həzzdən məhrum edirdi. Bununla da o, nəinki öz əsgərləri, həmçinin Almaniyanın düşmənləri arasında da hörmət qazanmışdı. Mənim bölüyümün iştirakı ilə bir neçə döyüşdən və ən əsası, bir neçə yaralı istisna olmaqlabir əsgər də itirmədən bir sıra vacib strateji şəhərlərin alınmasından sonra general Rommel məni yanına çağırdı. Mən hər bir şeyi təfsilatlarına qədər xatırlaylram, sanki bu bu dünən baş vermişdi. Mən içəri girdim və hərbi salam verdim. O, ayağa qalxdı və mənə yaxınlaşdı.
- Azad, leytenant. Siz,döyüşün ən gərgin yerlərində əsgərlərinizlə çiyin-çiyinə çarpışaraq özünüzü yaxşı tərəfdən göstərdiniz.
-Generalım, mən böyük Alman xalqının oğluna layiq şəkildə öz borcumu yerinə yetirmişəm.
- Əgər hamı sizin və mənim kimi olsaydı, Kapitan Karl.
-Kapitan? Mən öz təəccübümü gizlədə bilmədim.
- Siz, bizim böyük Vətənimiz naminə cəsarətlə və layiqincə döyüşmüsünüz. Mən sizi kapitan rütbəsinə yüksəldirəm, Karl. Siz buna layiqsiniz, lakin lovğalanmayın.
Mən susurdum, məni qürur hissi bürümüşdü. Mən heç bir söz deyə bilmirdim. Hələ mən akademiyada təhsil alarkən özümə söz vermişdim ki, birinci hərbi kampaniyada mən kapitanlığa yüksələcəm və buna nail oldum, həm də yəhudiləri müdafiə edərkəngestaponun zabitini döyüb yerinə oturtmaqla. O zabiti ki, tribunaldan mən azad olunarkən bağırmışdı ki, sən elə ilk döyüşdə öləcəksən, gərəksiz leytenantcıq.
-Mən generala hərbi salam verdim, o mənə əlini uzatdı və məni qucaqladı, sonda bu sozü dedi: İçindəki insanı öldürmə, Karl, nə üçün mübarizə apardığını unutma və yadda saxla, müharibədə əsas qələbə deyil, əsas insan kimi qalmaqdır. Əsas odur ki, nə üçün mübarizə apardığını unutmayasan. O, babamın mənə dediklərinin eynisini dedi.
- Mən sizi daha saxlamayacam, Kapitan Karl.
Mən hərbi salam verdim və çıxdım. Mən ön cəbhədə vuruşaraq, Afrika hərbi kampaniyasının bütün həlledici döyüşlərində iştirak etdim.Rommelin sürətli hücumu üstün olan Britaniya ordusunu geriyə, onların Nil çayı deltasındakı başlanğıc mövqelərinə qədər tulladı. Qələbə qazanmaq bizə nəsib olmadı. Yanacağın kəskin çatışmaması və canlı qüvvə dəstəyinin gəlməməsi səbəbindən ordumuzun hücumu getdikcə səngiməyə başladı. Rommelin xəstəliyi bizi sarsıtdı və El-Alameyndəki məğlubiyyətdən, eləcə də 1942-ci il 8 noyabrda amerikanların desant çıxarmasından sonra bizim bütün ümidlərimiz puç oldu.Ordumuzun ətrafındakı mühasirə halqası daralırdı. Yalnız bir variant qalmışdı, ordunu buradan çıxarmaq. Fon Arnim qoşunlara komandanlıq etmək üçün saxlanıldı.Rommel Tunisi tərk etdi və Hitlerin yanına uçdu ki, onu Tunisdən çıxmağa və ordunu Avropaya qaytarmağa inandırsın. Hitler etiraz edir və Rommeli Afrikadakı qoşunların komandanlığından kənarlaşdırır. Fon Arnim “Afrika” ordusu qrupunun komandiri oldu. (1943-cü ilin may ayında Tunisdə qurudan və sudan mühasiəyə alınmış alman və italyan qoşunları təslim oldular). Silahdaşlarımla müqayisədə mənim bəxtim gətirdi. El-Alameyndəki döyüşdə mən ağır yaralandım, məni və bir neçə ağır yaralını Berlindəki hospitala müalicə üçün göndərdilər.Hospitaldan sonra yaralanmağımla bağlı məni ehtiyata buraxdılarvə medalla təltif etdilər. Təssüf ki, mən bir daha feldmarşal Rommeli görmədim.Mən evə qayıtdım və ailə işi ilə məşğul oldum, bulka dükanında atama kömək etməyə başladım. Rommelin ölümü mənə pis təsir etdi. Mən sanki yaxın adamımı itirmişdim.Ona iftira atmışdılar, guya o Hitlerə qarşı sui-qəsd təşkil edən şəxslərdən biri idi. Misilsiz xidmətlərinə görə general-feldmarşala Xalq Tribunalı və ya intihar arasında seçim etmək imkanı verildi.1944-cü ilin 14 oktyabrında Rommel sianlı kalium qəbul edərək həyatına son qoydu. Müharibənin başa çatmasından neçə illər keçib. Mən yalnız bir şey barəsində düşünürəm, milliyətçi-sosialistləri hakimiyyətə gətirmək bizim səhvimiz idi ya yox. Bu bizim üçün bir sınaq idi. İndi bu haqda mübahisə etməyin heç bir mənası yoxdur.Bu, taleyin hökmü idi. Hitlerin başçılıq etdiyi faşistlərin ambisiyaları ucbatından zərər çəkən insanlara görə təəssüflənirəm. Alman olub olmamaları əhəmiyyətli deyil, döyüş meydanlarında həlak olan bütün gənclərə görə təəssüflənirəm.Əsir düşərgələrində həlak olmuş yəhudi və qaraçılara görə təəssüflənirəm. Mən istər faşistlərin hakimiyyəti dövründə, istərsə də ondan sonra həmişə demişəm, insanları sadəcə bizim kimi olmamaları səbəbindən məhv etməyə bizim haqqımız yoxdur. Bizim hamımızı Allah yaradıb və biz, başqa millətdən və ya əlil olduqlarına görə insanların müqəddəratını həll etmək hüququmuz yoxdur. Bəli, mən ölkəmə xidmət etməyə və onu qorumağa and içmişdim, amma mən əmrlə silahsız insanları güllələməyə and içməmişdim.Ervin Rommel mənim, eləcə də mənim həmvətənlərimin yaddaşında nizamsızlıq və cəza reydləri olmayan, esesçilərin məhkəməsiz cəzalandırmaları olmayan orduda qəhrəman və vicdanlı insan kimiqalmışdır.
Qeyd:
ˡ «Qorxu, sağlam düşüncənin təzahürlərindən biridir. Yalnız axmaqlar heç nədən qorxmurlar» Sirr (Oleq Roy)


Səfil

Hadisələrin başqa cür gedişatında mən kim ola bilərdim? Müəllim? Hakim? İndi bu haqda fikir yürütmək çətindir, bəlkə də heç lazım deyil. Hər şey geridə qalıb.Yekun pərdə. Mən qabaqcadan alnıma yazıldığı kimi bir insan oldum, Fransız ordusunun zabitindən Fransa İmperatoruna qədər yol keçdim.Daha nə arzulaya bilərəm ki? Allah mənə heç bir şeyə dəyişməyəcəyim gözəl bir həyat bəxş edib. Bəzən baş verən hər şeyi xatırlamaq çətin olur,çoxlarının qələbə qazanmağın, ölkəni dəyişməyin və fransız xalqına özünə inamı geri gətirməyin, özlərini royalist adlandıran tulaları ilə birlikdə prussiyalıların, avstriyalıların və ingilislərin ağzını yummağınmümkün hesab etmədikləri döyüşləri. Hər şey var idi: yaxşı və pis, qələbə və məğlubiyyət,sadiqlik və xəyanət, sürgün və qayıtmalar. Mən Fransanı yerdən ayağa qaldırdım, özündən razı avstriyalı və prussiyalıları yerə sərdim, heç kim inanmırdı, lakin mən Fironların Torpağını (Misiri) fəth etməyi və Rusiyanı ram etməyi bacardım. Mənim çoxlu düşmənim var idi, lakin mənə bərabər ola biləcək heç kim yox idi. Heç nə və heç kim məni, Napoleonu – Fransanın qüdrətli İmperatorunu sındıra bilmədi. () Sürgündə ikən mən çox şey barəsində düşünürəm.Yada salıram, baş verən hər şeyi təhlil edirəm. Həyatlarının sonuna qədər mənə sadiq olan itirdiyim insanları, avstriyalılara məxsus körpüdən uğursuz keçid zamanı güllədən məni qorumaqla öz həyatını qurban verən Müronu (İtaliyadakı hərbi kampaniya). Marşal Lann –şərəfli insan və mərdlik etalonu, hər şeyi olduğu kimi mənə deyə bilən nadir insanlardan biri. Ölüm ayağında can verərkən o mənə müharibəni dayandırmağı, sülh bağlamağı, hərtərəfli düşünməyi vəsiyyət etdi– bu, 1809-cu il 22 mayda Esslinqdəki döyüşdə həlak olmuş Fransa Marşalı Lannın son sözləri idi. Mən bu günə qədər məndən üz döndərməyənlərin hamısınıxatırlayır və sevirəm: həmişə yanımda olan və hətta bütün qardaş və bacılarım mənə xəyanət etdiklərində belə məndən uzaqlaşmayan anamı və bütün küsülüklərə və anlaşmazlıqlara baxmayaraq, hətta boşanmadan sonra da məndən üz döndərməyən Jozefinanı. Biz heç nəyə baxmayaraq əlaqə saxlayırdıq. () Müqəddəs Yelena adası özlüyündə mənim həyatımda baş verən bütün şeyləri xatırlamaqda mənə kömək edirdi.Onun dünyadan təcrid olması mənə özümü xatırladırdı, o da mənim kimi tək idi. Təcrid olunmuş.Baxmayaraq ki mən diqqət mərkəzində idim, tənhalıq hissi məni təqib edirdi, mən hamı kimi deyildim və özüm bunu başa düşürdüm. Bəlkə də bu, geriyə baxmadan irəli getmək üçün mənə güc verirdi. Adanın yüksək sərv ağacları mənə çatdığım zirvələri xatırladırdı. Dalğaların vurduğu bu qayaların gözəlliklərindən zövq alarkən, mən qeyri-ixtiyari olaraq uğurla başa çatacağına heç kimin inanmadığı həlledici döyüşləri və hərbi kampaniyaları xatırlayırdım. Bunlar başqaları üçün əlçatmaz idi, lakin mənim üçün yox: Tulon döyüşü (1793-cü il) –mənim birinci zəfərim, tarixçilər tərəfindən «altı günə altı qələbə» adlandırdıqları İtaliyadakı hərbi kampaniya (1796-cı il),Misirdəki hərbi kampaniya (1798-ci il), Austerlis döyüşü (1805-ci il) və Fridland döyüşü (1807-ci il), bu döyüşlərdən sonra artıq heç kimdə mənim Rusiyanın öhdəsindən gələ biləcəyimə şübhə qalmadı. Tilzit sülh sazişinin imzalanmasından sonra mənim Rusiya ilə döyüşməyimə ehtiyac var idimi? Mən və I Aleksandrın ortaq tərəfləri var idi, biz birlikdə çox şeyə nail ola bilərdik, lakin ingilislərin fitnələri və mənim çılğın xarakterim özünü göstərdi. Lakin bu sadəcə hərbi kampaniya və yeni ərazilərin ələ keçirilməsi deyildi. Bu millətlərin, zəkaların və strateqlərin döyüşü idi. Meşə və qar səltənəti tarixdə həlledici dönüş oldu vəmənə qarşı çevrilərək nəticəsi bu oldu ki, Rusiyanı od və qılıncla məğlub etmək mümkün olmayacaqdır. Yaxşı və pis şeylər barədə yada salınacaqlar var. () Müqəddəs Yelena adasındakı gecələr gözəldir. Mən əvvəllər ulduzlu səmanın öz gözəlliyi və sonsuzluğu ilə belə cəzb edə biləcəyini düşünməmişdim.Aya baxdıqca mən gənc olduğum illərdəki ilk məhəbbətimi xatırlayıram. Mən onu çox sevirdim, görüşlərimizə qədər olan dəqiqələri sayırdım. Soyuq havada, qarda qapısında dayanaraq onu nə qədər gözlədiyim mənim üçün vacib deyildi, mən sadəcə onu görmək üçün hər şeyi verməyə hazır idim. Aya baxanda onun surəti gözlərimin önünə gəlir: onun simasının incə cizgiləri, işvəli təbəssümlü al dodaqları, gözlərindəki sayrışan işıqlar, mənə necə qulaq asdığı və lazım olduqda məni səmadan yerə qaytarmağı. Bu gözlərAyın gözəlliyinə bənzəyir. Mən Misirdə ünsiyyətdə olduğum şərq müdriklərinin sözlərini xatırladım. Onlar qadın gözəlliyini Ayın işığına bənzədirdilər, bu sözləri mən heç vaxt unutmayacam, o belə səslənirdi: «Ayın nuru», bu “Ayın işığı” demək idi. Mən onu səmimi olaraq sevirdim, lakin bizim talelərimizin qovuşması qismət olmadı. O öz ailəsi ilə birlikdə Amerikaya köçdü. Nə qədər onu tapmağa cəhd göstərsəm də, hər şey uğursuzluqla başa çatırdı.Aurel həmişəlik mənim ürəyimdə qaldı, onun adının mənası əbəs yerə qızıl deyildi.() Eh… nə qədər şey baş verib. Mən heç bir şey haqda təəssüflənmirəm və Allaha təşəkkür edirəm ki, mənə bu cür, yüksəlişlər və enişlər, qələbələr və məğlubiyyətlər, sevgi ilə dolu həyat bəxş edib. Nə barədəsə təəssüflənmək gec və mənasızdır. Əgər həyatı yenidən yaşamaq imkanım olsaydı, mən onu yenə də bu cür yaşayardım.
Mən hiss edirəm ki, tezliklə bu dünyanı tərk edəcəyəm. Mən bundan qorxmuram, mən layiqli yaşadım və gözəl şəkildə gedəcəyəm. Allah məni mühakimə edəcək.
Tamerlan İldırım

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26