Interposta.Info

"Oxucunu heyrətləndirən qələm sahibi"

Müxtəlif
 10-12-2018, 01:13     553

İsveçdə yaşayan Azərbaycanlı yazar Eluca Atalının bu il Kaliforniyanın Yasmaya nəşriyyatında iki kitabı "Yad dildə azadlıq nəğməsi" ( A song of freedom in nonnative language) və "Heykəllər niyə danışmır?" (Why statutes dont speak) çapdan çıxıb.
"Yad dildə azadlıq nəğməsi" kitabında müəllifin esse, fəlsəfi-bədii miniatür janrında yazdığı qırx səkkiz əsəri üç bölmədə - özünü yaratma, feminizm və insan-təbiət mövzuları üzrə qruplaşmışdır. "Heykəllər niyə danışmır" kitabında isə Elucanın on hekayəsi cəmlənmişdir. Əsasən ictimai-siyasi mövzuda olan bu hekayələrdə o taylı-bu taylı Azərbaycanın yurd dərdi əks olunmuşdur. Kitabın adı, mövzusu 20 Yanvar faciəsindən alınmış hekayə ilə adlanmışdır. Hər iki kitabın ön sözünün müəllifi və redaktoru, Kaliforniya universitetinin professoru Kambon Obayani Eluca Atalını "fantastik yazar, oxucunu heyrətləndirən qələm sahibi" kimi qiymətləndirmişdir. Kitab hazırda Amazonda satışdadır.
Qeyd edək ki, bu iki kitabla bağlı professor Obayani bir saat yarım yazıçıdan müsahibə alıb.
Elşən Yəhyayev

İnterPosta.info


"Oxucunu heyrətləndirən qələm sahibi"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26