Interposta.Info

“Qondarma dövlətin və onun tanınmayan “liderinin” verdiyi sərəncam hec bir qüvvəyə malik ola bilməz”

Müxtəlif / Manşet
 26-10-2018, 15:00     10 865

Bir müddət əvvəl baş tutan Frankofofiya günləri zamanı Makronun Ermənistana səfəri və Fransa-Ermənistan əlaqələri ilə Parisin İrəvana yaxından dəstək göstərdiyi açıq görünür.

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edərək ermənilərin pulsuz müayinəsi, müalicəsi və əməliyyatı ilə məşğul olan əcnəbi həkimlərdən biri Xankəndindəki separatçı rejim rəhbəri tərəfindən mükafata layiq görülüb. Həmin şəxslər bu cür addımları ilə Fransa ilə Azərbaycan arasında olan münasibətlərə xələl gətirəcəklərini başa düşməlidirlər.
Məsələylə bağlı politoloq Ramiyə Məmmədova İnterPosta.info-ya açıqlama verib:
“Fransanın Erməni həkimlər İttfaqının üzvü “Hay-Med” tibb humanitar təşkilatının sədri Jan Mişel Ekeryan həm həkim,həmdə xeyriyyəçi kimi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına,yəni Dağlıq Qarabağa səfər edərək ermənilərə və müxəlif müəssisələrə maliyyə yardımları etmişdir. Bu yardımların nəticəsi olaraq, Dağlıq Qarabağın oyuncaq lideri Baako Saakyan separatçı rejim qarşısındakı xidmətlərə görə Jan Mişel Ekeryanın mükatafatlandırırlması barədə fərman imzalamışdır. Əlbəttdəki, Fransanın bu səviyyədə Ermənistanı və erməniləri dəstəkləməsinin səbəblərindən biri də Fransada fəaliyyət göstərərən erməni lobbisinin gücü və rolunu qeyd etsək yanılmarıq. Təbii ki, hansisa bir qondarma dövlətin və onun tanınmayan “liderinin” verdiyi sərəncam hec bir qüvvəyə malik ola bilməz. Bu cür hadisələr Azərbaycan-Fransa münasibətlərinə xələl gətirə bilər və Azərbaycan dəfələrlə öz mövqeyini bildirərək, yüksək tribunalardanda bütün dövlətləri Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmasını istəmişdir.Bu gün Qafqaz regionun ən güclü dövləti sayılan bütün enerji layihələrinin başında duran, iqtisadi və hərbi gücə malik Azərbaycanla münasibətlərini pozmağa çalışan Fransa, bu layihələrdən həmdə kənarda qalmamağa və bəhrələnməyə çalışır. Buna görə də Fransa dövləti Avropa Birliyinin üzv dövləti və sivil dövlət kimi anlamalıdır ki, hansisa bir məmurun və ya həkimin Azərbaycan torpaqlarına qanunsuz girməsi və orada hansısa bir fəaliyyət göstərməsi, Azərbaycan dövlətinə qarşı olan hörmətsizliyin və eyni zamanda o dövlətin hüquqlarının pozulması kimi dəyərləndirilir”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26