Interposta.Info

AĞDAM DÖVLƏT DRAM TEATRINDA PREMYERA!

Mədəniyyət
 7-05-2019, 10:13     10 830

Artıq sayılı günlər qalıb Ağdam Dövlət Dram Teatrının səhnəsində yeni bir canlanmanın, yeni bir bayram coşğusunun yaşanmasına.Zəngin teatr tarixinə, təkrarsız yaradıcılıq potensialına malik olan Ağdam Dövlət Dram Teatrı bu gün də öz ənənələrini qoruyub saxlamaqdadır.
Rəngarəng repertuar, istedadlı yaradıcı heyət və teatrı canı qədər sevən rəhbərlik buna bir daha sübutdur.
Həmişə olduğu kimi bu dəfə də Ağdam Dövlət Dram Teatrı tamaşaçılarının teatr sevgisinə daha bir rəng qatacağına əmindir.
Teatr bu dəfə tamaşaçılarının və teatrsevərlərin qarşısına quruluşçu rejissor Səbuhi Əhmədovun quruluşunda yeni səhnə əsəri - əməkdar artist Novruz Cəfərovun "MƏN ÖLMƏYƏCƏM" iki hissəli qəmli komediyası ilə çıxacaqdır.Milli vətənpərvərlik mövzusunu özündə əks edən səhnə əsəri müharibənin acı fəsadı - köçkün həyatından bəhs edilir.Bir neçə teatr səhnələrində müxtəlif yaradıcı heyətin iştirak etdiyi səhnə əsərinə Ağdam Dövlət Dram Teatrı - quruluşçu rejissor Səbuhi Əhmədov yeni bir nəfəs vermişdir.Tamaşada Teatrın aparıcı və gənc aktyorları - əməkdar artist F.Yusifova, N.Ələkbərov, X.Xudadatova, Q.Abdullazadə, E. Mürşüdov,E.Cavadov, F.Fərhadzadə, N. Xudadatova və S.Ibrahimov iştirak edirlər.
Tamaşanın rəssamı E.Balakişiyev,musiqi tərtibatı E.Cəfərov, rejissor assistenti C.Yusifovdur.
Uğurlar!

İnterPosta.info

AĞDAM DÖVLƏT DRAM TEATRINDA PREMYERA!
AĞDAM DÖVLƏT DRAM TEATRINDA PREMYERA!
AĞDAM DÖVLƏT DRAM TEATRINDA PREMYERA!
AĞDAM DÖVLƏT DRAM TEATRINDA PREMYERA!
AĞDAM DÖVLƏT DRAM TEATRINDA PREMYERA!
AĞDAM DÖVLƏT DRAM TEATRINDA PREMYERA!
AĞDAM DÖVLƏT DRAM TEATRINDA PREMYERA!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26