Interposta.Info

Azərbaycanda milli teatrın yaranmasından 146 il ötür

Mədəniyyət
 10-03-2019, 10:32     10 474

Bu gün Azərbaycanda Milli Teatr Günüdür.

Milli teatrın əsası 1873-cü il martın 10-da Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası ilə qoyulub. Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşkilatçılığı ilə yaranmış milli teatrın inkişafı mesenat Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə daha da sürətlənib.

Milli teatrda Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi tanınmış aktyor və aktrisalar yetişib.

AXC-nin yaranmasından sonra teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər daxil edilib. Cümhuriyyət qurucularının bu sahədəki addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olub. Bu teatr 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" əsərinin səhnələşdirilməsi ilə fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan milli teatrının əsasının qoyulduğu gün- 10 mart tarixi Milli Teatr Günü kimi qeyd edilir./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26