Interposta.Info

Aybəniz Haşımova: "Tələbəm Fərid Amerikada fəhləlik edir, zülm çəkir"

Maqazin
 6-11-2019, 15:00     10 469

"Fərid Məmmədov kimi tələbəm ölkədən getməməli idi. Onu kimlər küsdürdü? Mənim "uşağım”ı bezdirdilər. Beş yaşından sənətə canını fəda etdi və dövlət ona etimad bəslədi, "Eurovision”a göndərdi. Öz istedadının gücünə ikinci oldu”.

Bu sözləri Əməkdar artist Aybəniz Haşımova "Şou ATV” proqramında deyib.O, Fərid Məmmədovun Amerikaya köçməsindən danışıb:

"Fərid Amerikada fəhləlik edir, zülm çəkir. Azərbaycanda fəhlə olmaq olar, başqa ölkədə yox! Televiziyalardan soruşmaq istəyirəm ki, niyə tələbəm gedib kuryer çalışır? Fərid Məmmədov gün ərzində doğulan istedad deyil.

Fəridin valideynindən soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib”./qafqazinfo

İnterPosta.info

Aybəniz Haşımova: "Tələbəm Fərid Amerikada fəhləlik edir, zülm çəkir"
Aybəniz Haşımova: "Tələbəm Fərid Amerikada fəhləlik edir, zülm çəkir"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26