Interposta.Info

Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)

Maqazin
 18-03-2019, 19:28     10 886

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Nigar Camalın bu gün keçirilən klip təqdimatında iştirak edib.

İnterPosta.info
publika.az-a istinadən xəbər verir ki, "Eurovision 2011" qalibi Nigar Camal Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə birgə "Get həyatımdan" adlı klipi üçün kamera qarşısına keçib. Sözügedən klipin bu gün təqdimat mərasimi baş tutub.

Mətbuat konfransında açıqlama verən müğənnini bildirib ki, Murad Qulubəyli ilə tərəf müqabili olmaq çox xoşdur:

"Murad klipdə rolunu elə gözəl oynayıb ki, hamı düşünürdü ki, sevgiliyik. Amma yox, biz yaxşı dostuq.

Ekran işi sevgidən bəhs edir. Bu mahnı qadının həyatında görmək istəmədiyi kişiyə ismarışıdır. Məncə, hər bir qadın sevdiyi insandan diqqət və sevgi gözləyir. Bir neçə dəfə səbir edir, səhvlərə göz yumur, amma qarşı tərəf səhvini düzəltmək istəmirsə, "həyatımdan get" deyir".
M.Qulubəyli də öz növbəsində etiraf edib ki, Nigar Camalın təklifini məmnuniyyətlə qəbul edib və bu iş onun üçün böyük bir təcrübə olub:
"Gələcəkdə özümü aktyor kimi sınamaq istərdim, ən böyük arzularımdan biridir. Atam etiraz etmir, hər addımı dəstəkləyir. Gördüyünüz kimi, təqdimatda da məni tək qoymayıb".

Tədbirdə çıxış edən Mədət Quliyev həm Nigar Camala, həm də oğluna yaradıcılıq uğurları arzu edib və hər kəsin qarşısından gələn Novruz bayramını təbrik edib.

Xatırladaq ki, Murad və Nigar çəkiliş zamanı lentə alınan şəkilləri sosial şəbəkədə yayımlanmış və böyük maraq doğurmuşdu.

İnterPosta.info



Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)
Mədət Quliyev və oğlu Nigar Camalın klip təqdimatında (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26