Interposta.Info

Məşhur dizaynerin dəfiləsində Təbriz və Qarabağ şüarı - Video

Maqazin
 16-03-2019, 11:51     10 595

Güney azərbaycanlı dizayner Şervin Nəcəfpur yeni moda kolleksiyasını Təbriz və Qarabağ şüarları ilə təqdim edib.

Əslən Urmiyədən olan Norveç vətəndaşı Şervin Nəcəfpurun kolleksiyası “Xocalıya ədalət”, “Mən Qarabağa qayıtmaq istəyirəm” sözləri, eləcə də Təbriz adı ilə Türkiyənin Antalya şəhərində nümayiş etdirilib.

Ənənəvi olaraq hər il keçirilən “Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır.

Kolleksiyanın həm ideya konsepti, həm də nümayiş olunan geyimlər moda tənqidçiləri və dəb bloggerləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, dizayner Şervin Nəcəfpur Norveçin bir çox məşhur ulduzlarının geyimlərini hazırlayan ən bahalı dizaynerlərdən biridir. Soydaşımız Avropada Güney və Quzey Azərbaycanla bağlı keçirilən tədbirlərdə aktiv şəkildə iştirak edir./kult.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26