Interposta.Info

“Nəvəmə həsrət qalmışam” - Məşhur aktrisanın qocalar evində qalan “anası” -

Maqazin
 3-12-2018, 13:48     566

“Evimi satıb məni atdı”

ARB TV-nin “Düz bazar” verilişində bu dəfə övladları tərəfindən qocalar evinə atılan valideynlər barəsində müzakirə baş tutub.

Qonaq qismində iştirak edən “Bəxt üzüyü” filminin “Sevda”sı kimi məşhurlaşan Firəngiz Rəhimbəyovanın mənəvi anası Sona Rəhimbəyova aktrisadan ağız dolusu danışıb:

“Anası rəhmətə gedib, ona 15 il analıq etmişəm. Tək övladım, öz doğma qızım isə evimi satdı və məni burada atıb İsrailə getdi. Nəvəmi də apardı, nəvəmə həstər qaldım. Amma Firəngiz gəlib mənə baş çəkir. Mənə deyir ki, “gəl, səni aparım özümlə”. Mən razı olmadım. Burada anadan olub, burada böyümüşəm, bura mənə rahatdı. Firəngiz isə tez-tez zəng edib məni axtarır. Bilirsiniz o mənə necə dayaq durur?! Çox qayğıma qalır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26